Xolesterinin nədir?

Xolesterinin nədir?

Xolesterin lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə LDL-in, yəni neqativ xolesterinin qanda yığılmasıdır. Qanda ümumi xolesterin və negativ xolesterinin yüksək olması və HDL (yaxşı) xolesterininin az olması insan üçün risk amilidir. Qanda həddindən artıq miqdarda olan xolesterin yavaş-yavaş damar divarında yığılır və infarkt, iflic, damar keçilməzliyi və böyrək çatışmazlığı kimi xəstəliklərin əmələ gəlmə riskini artırır. Xolesterinin çox olması (LDL) problemi günümüzün ən mühüm sağlamlıq problemlərindən biri kimi xarakterizə olunur və xüsusilə ürək-damar xəstəlikləri üçün əhəmiyyətli bir risk faktoru olaraq göstərilir. Buna görə də sağlamlığı qorumaq üçün xolesterin səviyyəsinin tarazlıqda olması çox vacibdir. Bildiyimiz kimi, qaraciyər orqanizmdəki ən böyük vəzidir və xolesterini sintezində böyük rol oynayır.

Adətən xolesterolu təhlükəli, zərərli maddə kimi təsvir edirlər, lakin bu, yanlış fikirdir. Çünki xolesterol hormonların, D vitamininin və həzm fermentlərinin sintezi üçün mütləq lazım olan bir maddədir.

Xolesterol lipoproteinlər vasitəsilə bədəndə daşınır. Bunlar yüksək sıxlıqlı (HDL) və aşağı sıxlıqlı (LDL) olmaqla 2 tipə bölünür. Orqanizmdə hər iki növə müəyyən miqdarda ehtiyac duyulur.

LDL xolesterolunun miqdarının artması ürəyə gedən damarlarda yağ əlavələrinin toplanmasına gətirib çıxarır. Ona görə də LDL “ziyanlı xolesterol” adlanır. HDL xolesterolun miqdarı azalanda isə orqanizm yağ toplantılarından təmizlənə bilmir. Nəticədə ürək xəstəlikləri və infarkt riski artır. Buna görə də orqanizmdə “faydalı xolesterol”un — HDL-in və “ziyanlı xolesterol” LDL-in, eləcə də total xolesterolun səviyyələrini bilmək lazımdır. Həmçinin triqliseridlərin miqdarı da vacib bir göstəricidir.

Qaraciyərin xəstəlikləri: qaraciyərin piylənməsi, sirroz və dərman maddələriylə zədələnməsi zamanı onun xolesterin sintezini yerinə yetirmə funksiyası pozulur. Nəticədə yuxarıda qeyd edilən xolesterin növlərinin də tarazlığı pozularaq ürək xəstəlikləri üçün təhlükəli bir zəmin yaranır.