Hemodializ şöbəsi 2001-ci ildə yaradılmışdır. O, ölkədə böyrək əvəzedici terapiya - “süni böyrək”lə məşğul olan ilk şöbələrdən biri olmuşdur.
Hazırda biz həm dializ, həm də digər hemokorreksiya prosedurlarını həyata keçiririk.
Bizim işimizin əsas prinsipləri həmişə peşəkarlıq, qabaqcıl texnologiyalardan istifadə olunması və hər bir xəstəyə fərdi yanaşma olub. “Medservis” özəl tibb mərkəzinin hemodializ şöbəsində yalnız birdəfəlik istifadə olunan materiallardan, biouyğun müasir dializator membranlarından istifadə olunur. Hemodializ üçün suyun laborator biokimyəvi və mikrobioloji monitorinqi də mütəmadi olaraq həyata keçirilir.
Hemodializ şöbəsinin həkim-nefroloqları dializdə olan və dializ öncəsi mərhələdə olan xəstələrdə anemiya, ikincili hiperparatireoz, arterial hipertenziyanı müalicə edirlər. "Medservice" özəl tibb mərkəzində müvəqqəti və daimi kateterlər qoyulur.
Təbii ki, kəskin böyrək çatışmazlığı olan xəstələri də müalicə edirik.