Çoxfunksiyalı və effektiv müalicə — “Dialog+”
“Dialog+” cihazlarının yeni nəsli operator və xəstələr üçün rahat yeniliklər təqdim edir. Bu yeniliklər müasir iqtisadi və tibbi tələblərə cavab verir. Bizim məqsədimiz də məhz sizin tələblərinizə cavab verməkdir. “Dialog+” sisteminin fərqli cəhətləri arasında sifarişçinin tələblərinə cavab verməsi, yüksək səviyyəli müalicəni təmin etməsi və iqtisadi effektivlik yer alır.
Dialog+” istifadəçiyə əsaslı modernizasiya və əlavə funksiyalar hesabına yeni imkanlar təklif edən və inkişafda olan sistemdir. Yeni nəsil “Dialog+” aşağıdakı xüsusiyyətləri ilə xarakterizə olunur:
– Yüksək rahatlıq
– Çoxfunksiyalılıq
– Yüksək məlumatlılıq
Rahatlıq
Xüsusi konstruktiv dəyişikliklər cihazın səs fonunu əhəmiyyətli dərəcədə azaldıb ki, bu da dializ prosedurunu daha da rahatlaşdırır.
Funksionallıq
“Dialog+”ın digər yeni funksiyası isə səviyyənin tənzimləmək üçün ekranda sadəcə bir düyməni basmaqla həyata keçirməyi təklif edir. Bu, gündəlik cihazla iş zamanı tibb bacılarınının işini hiss olunacaq qədər rahatlaşdırır. Adimea real vaxt rejimində dializ dozasının monitorinqinə imkan yaradır.
Yeni ideyaların istifadəsi bütün müalicə müddəti ərzində kt/v göstəricisini fasiləsiz və rahatlıqla ölçməyə imkan yaradır. Müalicə zamanı həkimlər və tibb bacıları daha yaxşı nəticə əldə etmək üçün prosedurun ayarlarını seçərək tənzimləyə bilər. Başqa sözlə, cihaz müalicənin məqsəd qoyulmuş nəticələrini əldə etmək üçün optimal yollar göstərə bilər.
BioLogicRR Comfort. Avtomatik ultrafiltrasiya sürətinin idarəetmə funksiyasını istifadə edərək “BioLogic Comfort” prosedur zamanı arterial təzyiqin hədsiz enməsinin qarşısını ala bilir. Sistemin idarəedilməsi öz sadəliyi ilə seçilir və cihazın sensor ekranında iki aparıcı parametrin daxil edilməsi ilə həyata keçirilir ki, bu da əlavə təhlükəsizliyi təmin edir və tibb işçisinə xəstəyə daha çox vaxt ayırmağa imkan yaradır. Uzun illər ərzində “Dialog+” aparatının sensor ekranının istifadəsi çoxsaylı istifadəçılərin rəğbətini qazana bilib. Sadə və aydın interfeys cihazla tanışlığı daha tez və asan edir.
“Dialog+” yeganə aparatdır ki, prosedurun parametrlərinin 6 profil funksiyalarının təqdim edir. Hər profil xəstənin vəziyyətindən asılı olaraq individual şəkildə seçilir:
– Ultrafiltrasiya profili
– Natrium profili
– Bikarbonat profili
– Temperatur profili
– Qeparin profili
– Dializ məhlulunun axma profili
Bizim yeni və intellektual məlumatları idarəetmə sistemimiz olan “Nixedia” prosesi və dializ şöbəsinin məlumat axınını sadələşdirmək üçün xidmət edir. Avtomatlaşma tibbi personalı gündəlik qarışıq əməliyyatlardan da xilas edir.
Əlavə məlumat