Hazırlıq
Analizi vermədən öncə sidiyin rənginə təsir edən meyvə və tərəvəz (çuğundur, kök və s.) qəbul edilməməlidir. Dərman preparatlarının qəbulu zamanı sidiyin yığılması arzuolunmazdır. Əgər bunu başqa vaxt etmək mümkün deyilsə, o zaman müalicə həkimini bu barədə xəbərdar etmək lazımdır. Qadınlara menstruasiya dövründə və sistoskopiyadan sonra 5-7 gün ərzində sidik analizi vermək məsləhət görülmür.
Yığılması
Sidik yığılmadan əvvəl gigyenik qaydalara əməl etmək mütləqdir. Səhər yuxudan qalxan kimi ilkin səhər sidiyinin orta porsiyası yığılmalıdır. Sidik yığıldıqdan sonra konteynerin qapağı kip bağlanılmalıdır. Konteyner 1-2 saat ərzində laboratoriyaya çatdırılmalıdır. Əgər sidiyi yuxarıda göstərilən vaxtda çatdırmaq mümkün deyilsə, onda sidiyi 2-8оC saxlamaq lazımdır.
Ətraflı məlumat üçün “MedServis” Özəl Tibb Mərkəzinə müraciət edə və ya aşağıdakı nömrələr vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz:
Əlavə məlumat ücün "Medservis" özəl tibb mərkəzimizə müraciət edə bilərsiniz.
+994 12 596 6844
+994 12 596 6848