Onkomarkerlər

Onkomarkerlər

Alfafetoprotein (AFP)

Qara ciyər xərçəngi, digər bədxassəli şişlərinin (süd vəziləri xərçəngi və ağ ciyər xərçəngi zamanı) qara ciyərə metastaz etməsi, xayalar, yumurtalıqlar, mədə, yoğun bağırsaq, süd vəziləri xərçəngi

Prostat spesifik antigen (PSA)

Prostat vəzisinin xərçəngi, ağ ciyər xərçəngi, düz bağırsağın xərçəngi, böyrək xərçəngi və s.

(Free PSA)/PSA *100 %

Bu nisbətin göstəricisi 15 %-dən aşağıdırsa, xəstəyə USM ve biopsiya təyin olunur. Əgər 15 %-dən yuxarıdırsa, xəstə 6 aydan sonra yenidən müayinədən keçməlidir.

CA 125

Yumurtalıqlar, uşaqlıq, endometrium, süd vəziləri, mədəaltı vəzi, qara ciyər, mədə və s. kimi orqanlarda olan xərçəng xəstəliklərindən xəbər verə bilər.

CA 15-3

Bunun yüksəlməsi süd vəziləri, mədə, qara ciyər, mədəaltı vəzi, yumurtalıqlar, uşaqlıq və s. kimi orqanlarda xərçəng xəstəliklərini göstərə bilər.

CA 19-9

Mədəaltı vəzi, öd kisəsi, qara ciyər, mədə, süd vəziləri, yumurtalıqlar, uşaqlıq, bağırsaqlar və s. orqanlarda olan xərçəng xəstəliklərindən xəbər verə bilər.

CA 242

Mədəaltı vəzi, mədə-bağırsaq traktı, müxtəlif karsinomalar

CEA (xərçəng-embrional antiqen)

Mədə, yoğun və düz bağırsaq, ağ ciyər, süd vəziləri, yumurtalıqlar, uşaqlıq, prostat vəzisi xərçəngi

HGG (xorionik honadotropin)

Xayalar, yumurtalıqlar, mədə, qara ciyər, nazik bağırsaq, böyrək, süd vəziləri, uşaqlıq və s. orqanlarda xərçəng xəstəlikləri

Vitamin B12

Xroniki mieloleykoz, qara ciyərin sirrozu