Anti-SARS-CoV-2 COVID-19 reseptor bağlayıcı domeninə (RBD) qarşı IgG anticisimlərinin təyini
RBD-yə qarşı anticisimlər insan orqanizmi COVID-19 virusuna yoluxduqda ona müqavimət göstərirlər. Bu xüsusiyyətinə görə onu neytrallaşdırıcı adlandırırlar. Aşkar olunmuş RBD anticisimləri koronavirusun insan hüceyrələrinin reseptorları ilə kontaktına mane olur, virusun hüceyrəyə daxil olmasının və çoxalmasının qarşısını alır. Bu səbəbdən də insan nəinki xəstələnmir, həm də başqalarını yoluxma təhlükəsi yaratmır.
IgG anticisimləri ilk növbədə keçirilmiş xəstəliyə işarə edirsə, RBD-yə qarşı anticisimlər məhz qazanılmış immunitetin mövcudluğunu göstərir. Anti-SARS-CoV-2 COVID-19 RBD testinin həssaslığı 97 %, spesifikliyi isə 100 % təşkil edir.
Müayinə haqqında nəyi bilmək lazımdır?
– Analiz son qida qəbulundan ən azı 3 saat sonra aparılır.
– Analizi keçirilmiş koronavirus xəstəliyindən (o cümlədən simptomsuz) və ya vaksinasiyadan 3-4 həftə sonra aparmaq tövsiyə olunur.
– Müayinə olunan material-venadan götürülən qan.
Ətraflı məlumat üçün əlaqə nömrələri:
+994 12 596 6844
+994 12 596 6848