Bu infeksiyadan müdafiənin ən etibarlı yolu məhz COVID-19 peyvəndidir. Bəs peyvəndin effektliyinə və immunitetin təmin olunduğuna necə əmin olmaq olar?
Bunun üçün peyvənddən sonrakı anticisim analizlərindən istifadə olunur. Kifayət qədər anticisim yaranıbsa, deməli, immunitet kifayət qədər yaranmışdır. Peyvənddən sonra immunitetin müəyyən edilməsi üçün koronavirusun S-zülalına, yəni RBD (S) kimi tanınan reseptorla bağlanma sahəsinə qarşı anticisimlərin müəyyən edən laboratoriya testlərindən istifadə etmək lazımdır.
Test üçün venoz qan analizi verməlidir. Analizin ac olarkən verilməsi tövsiyə olunur. Yəni son yemək və qanın götürülməsi arasında ən azı 3 saat olmalıdır. Su qəbulunda isə heç bir məhdudiyyət yoxdur. Səhər qan verməyi düşünənlər üçün yüngül bir şam yeməyi (yağsız qidalardan ibarət) kifayətdir.
Müsbət nəticə COVID-19-a qarşı anticisimlərin yarandığını göstərir. Koronavirus infeksiyasına qarşı peyvənd tarixçəsi varsa, müsbət nəticə peyvənddən sonrakı immunitetin yaranmasını bildirir. Nəzərə alınmalıdır ki, analizin cavabı COVID-19-a yoluxmuş şəxslərdə də müsbət olacaqdır. Ona görə də əmin olmaq lazımdır ki, vətəndaş peyvənd vurmamışdan öncə COVID-19-a yoluxmayıb və qanında anticisimlər aşkar edilməyib.
Hazırda “MedServis” Özəl Tibb Mərkəzində peyvənddən sonra immunitetin yaranıb-yaranmadığını öyrənmək üçün
Hal-hazırda, MedServis Özəl Tibb Mərkəzində peyvənddən sonrakı immunitetin yaranıb-yaranmamısını öyrənmək üçün üçün Anti-SARS-CoV-2 COVID-19 IgG S1 proteininin reseptorlara (RBD) qarşı anticisim testindən keçə bilərsiniz.