Bildiyimiz kimi, kalsium orqanizm üçün vacib mikroelementlərdən biridir. Bu mikroelement fizioloji effektlərin (əzələ yığılması, hormonların sekresiyası, reseptor proseslər, hüceyrə bölünməsi və s.) ionlaşmış forması tərəfindən həyata keçirilir. İonlaşmış kalsium ümumi kalsiumun 43-50 %-i təşkil edir. Adətən total kalsiumun səviyyəsi qandakı albumin səviyyəsindən asılı olaraq dəyişə bildiyindən müayinə zamanı ionizə olunmuş kalsiumun yoxlanılması məsləhətdir. İonlaşmış kalsiumun miqdarı parathormon, kalsitonin və aktiv D3 ilə tənzim olunur. Qanda kalsium səviyyəsinə həmçinin zülallar, maqnezium, turşu-qələvi nisbəti təsir edir. İonlaşmış kalsiumun təyini kalsium mübadiləsinin vəziyyətini daha dəqiq təyin etməyə imkan verir.
Analizin 8 saat aclıq müddətindən sonra yoxlanılması mütləqdir.
– Metabolizmin qiymətləndirilməsi
– Hiperkalsienemiya
– Hipokalsienemiya
– Böyük travmalar
– Sepsis, yanıqlar
– Pankreatit
– Multiorqan çatışmazlığı
– Qaraciyər və böyrəklərin ağır patologiyaları
– Malasorbsiya
– Hamilə qadınların müayinəsi
+994 12 596 6844
+994 12 596 6848
+994 12 596 4339
+994 50 220 5612
Bakı şəhəri, Сəlil Məmmədquluzadə küçəsi 3