Qanda ümumi Vitamin D testi ( 25-hidroksivitamin D, kalsiferol)
Orqanizmdə vitamin D statusunu əks etdirən göstərici. 25(OH)D- qanda olan vitamin D-nin əsas metaboliti.
Iki əsas forması 25(OH)D- xolekalsiferol (D3 vitamini) və erqokalsiferol (D2 vitamini). D2 vitamininin əsas mənbəyi qida olduğu halda , D3 ,əsasən, dəridə ultrabənövşəyi şüaların təsiri altında əmələ gəlir.
Qanda 25(OH)D səviyyəsi vitamin D-nin orqanizmdə statusunun ən yaxşı göstəricisi hesab olunur.
Vitamini D çatışmazlığı uşaqlarda raxit, böyüklərdə osteomalyasiya (sümük yumşalması yaxud sümüklərdə mineralizasiyanın pozulması) kimi özünü göstərir. D vitamini defisiti təkrar yarana bilən hiperparatireoidizm əlamətləri ilə eynidir.
Vitamin D çoxluğu qəbul müddətindən və dozasından asılı olaraq hiperkalsiemiya , hiperfosfatemiya, yumşaq toxumaların kalsifikasiyası, ürəkbulanma, qusma, qəbzlik , anoreksiya , boy və inkişaf ləngimələri kimi toksiki effektlərə gətirib çıxara bilər (uşaqlarda daha tez-tez rast gəlinir).
Müayinəyə hazırlıq: qan ac qarına alınmalıdır. Son qida qəbulu və qan alınması arasında ən azı 8 saat keçməlidir. Analiz üçün qanın alınması dərman preparatlarının qəbuluna başlamamış yaxud onların qəbulunu dayandırdıqdan sonra baş verməlidir.
Hal-hazırda bu analizi “MedServis” ÖTM-nin laboratoriyasında verə bilərsiniz.