D-dimer

D-dimer

D-dimer trombəmələgəlmə və fibrinolizisin əsas markeridir. D-dimerin səviyyəsinin yüksəlməsi laxtalanmanın aktivləşməsi ilə bağlı bir çox səbəblərdən (qanın disseminə olunmuş damardaxili laxtalanma sindromu, dərin venalarda tromboz, ağciyər tromboemboliyası, massiv əzələ zədələnməsi və ya cərrahi əməliyyatlar, ürək çatışmazlığı, infeksiyalar, iltihab, neoplastik şərtlər) baş verə bilər. Testin məhdud spesifikliyinə baxmayaraq D-dimerin təyin edilməsi laxtalanma və fibrinolizin digər markerlərinin təyinindən daha üstündür. Belə ki, D-dimer yalnız hər iki prosesin baş verdiyi şəraitdə formalaşır. Beləcə, D- dimer səviyyəsi birincili fibrinoliz disfibrinogenemiyada dəyişilmir. Hamiləliyin erkən mərhələlərindən başlayaraq D-dimerin səviyyəsi artmağa başlayır. Hamiləliyin sonuna yaxın onun göstəriciləri ilkin səviyyədən 3-4 dəfə artıq ola bilər. Əhəmiyyətli dərəcədə yüksək göstəricilər problemli hamiləlik yaşayan qadınlarda (gestoz, preeklampsiya), eləcə də şəkərli diabeti və böyrək xəstəlikləri olan hamilələrdə müşahidə olunur. 80 yaşdan yuxarı şəxslərdə də D-dimerin səviyyəsi yüksək olduğu müəyyən olunub.

Əsas göstərişlərə daxildir:

– Tromboz şəraitin diaqnostikası
– Dərin venalarda tromboz (istisna test)
– Ağciyər emboliyası
– Trombofiliya
– DYL ( disseminə olunmuş damardaxili yayılmış laxtalanma) sindromu
– Problemli hamiləlik
– Trombolitik müalicə monitorinqi

D-dimer səviyyəsinin yüksəlməsi:

– Arterial və venoz tromblar (dərin venalarda tromboz, ağciyər arteriyasının tromboemboliyası)
– DYL sindromu
– İnfeksiyalar, sepsis
– İltihab (az miqdarda yüksəlmə)
– Qaraciyər xəstəlikləri
– Geniş hematomalar
– Hamiləlik
– Cərrahi müdaxilələr
– 80-dən yuxarı yaş
– Onkoloji xəstəliklər
– Trombolitik müalicə

Test ac olarkən verilməlidir.

Hazırda bu analizi “MedServis” Özəl Tibb Mərkəzinin laboratoriyasında verə bilərsiniz.