NGAL- kəskin böyrək çatışmazlığının(KBÇ) və ya beynəlxalq terminoloqiyada qəbul olunmuş kəskin böyrək zədələnməsinin (KBZ) diaqnostikası üçün yeni biomarkerdir. NGAL-ın əsas üstünlüyü XBÇ əmələ gələn zaman, xüsusilə, digər markerlərlə müqayisədə onun konsentrasiyasının daha tez artmasıdır. Eyni zamanda NGAL səviyyəsinin artması inkişaf edən böyrək zədələnməsinin ağırlıq dərəcəsi ilə mütənasibdir. Beləliklə, NGAL kəskin böyrək çatışmazlığı inkişafı zamanı erkən diaqnostika və risk stratifikasiyasına və profilaktik müalicənin vaxtında tətbiq olunmasına imkan yaradır. Kəskin böyrək çatışmazlığının erkən diaqnostikası kəskin böyrək çatızmazlığı yaranmamışdan öncə ən qısa müddətə klinik qərarların qəbul edilməsinə və fəal tədbirlərin görülməsinə imkan yaradır.
Klinik tətbiqi. Xroniki böyrək çatışmazlığı bütün xəstəxanaya yerləşdirilən pasiyentlərin təxminən 5%-də, intensiv terapiya şöbələrinin xəstələrinin 30%-dən çoxunda rast gəlinir ki, bu da xəstəliyin rast gəlmə və ölüm risklərini surətlə artrır. Bu, qandakı kreatinin səviyyəsinin ölçülməsi diaqnostik üsulu yalnız böyrəklərin ilk zədələnməsindən bir neçə sutka və daha artıq keçdikdən sonra əmələ gələn böyrək funksiyalarının pozulmasını səviyyəsini göstərə bilər. Həkimlər bu analizin köməkliyi ilə artıq böyrək zərər gördükdən sonra deyil, bir neçə saat ərzində kəskin böyrək xəstəliyinə dair müvafiq müalicəyə başlaya bilər.
Tətbiq sahəsi:
İntensiv terapiya şöbəsi (İTŞ). Statistikaya əsasən, KBÇ-nin inkişaf riski , xüsusilə sepsis, çox travmalı və xeyli qan itirmiş xəstələrdə 50%-ə çatdiğı İTŞ-də pasiyentlərin vaxtında monitorinqi. NGAL-ın İTŞ-nin xəstələrinin skrininqi üçün KBÇ-nın inkişaf riskinin göstəricisi kimi istifadəsi bu cür ciddi ağırlaşmanın erkən xəbərdarlığını təmin edir və xoş nəticə ehtimalını artırır.
Ilk və təxirəsalınmaz yardım. NGAL- naməlum diaqnozla təcili tibbi yardıma müraciət edən xəstələrin ilkin qruplaşdırılması üçün güclü, tez və yüksək spesifikli KBÇ markeridir.
Süni qan dövranı aparatı istifadə olunmaqla cərrahiyyə. Əməliyyatdan sonra NGAL səviyyəsinin monitorinqi SQDA istifadə olunduğu üçün böyrək işemiyasınin səbəb olduğu KBÇ-nin inkişafı haqqında vaxtında məlumat verir.
Rentgen kontrast preparatların tətbiqi. NGAL səviyyəsinin monitorinqi rentgen kontrast preparatların istifadəsi zamanı nefrotoksikliyin və KBÇ-nin yaranmasını sübut edir.
Böyrək nəqli. NGAL-ın post-transplantasiya səviyyəsi transplantın funksiyasının və orta yaşama müddətininin dəqiq proqnozunu təmin edir.
Qaraciyər və ürək nəqli. NGAL-ın əməliyyatdan sonrakı səviyyəsinin təyini böyrək problemlərinin zamanında aşkar edilməsinə və qarşısısnın alinmasına imkan verir.
Hal- hazırda bu testi “Medservis” özəl tibb müassisəsinin laboratoriyasında verə bilərsiniz.