Hemodializ xəstələrində qram-mənfi bakteremiya

Hemodializ xəstələrində qram-mənfi bakteremiya

Gram-negative bacteraemia in haemodialysis Eleanor C. Murray, Aleksandra Marek, Peter C. Thomson, John E. Coia (Nephrology Dialysis Transplantation, Volume 30, Issue 7

Böyrək əvəzləyici müalicə alan xəstələrdə xəstəliyin və ölüm hallarının rastgəlmə göstəriciləri yüksəkdir, infeksion patologiya isə əsas ölüm səbəblərindən ikincisidir.

Bu tədqiqatda 2011-ci il iyul ayından 2014-cü ilin aprel ayınadək NHS Greater Glasgow & Clyde və NHS Forth Valley hemodializ xəstələrinin elektron xəstəlik tarixçələrindən əldə edilmiş və mikrobiologiya üzrə məlumatlar bazasında müstəqil axtarışla təstiqlənmiş qeydlərdən istifadə olunmuşdur.

Nəticələr

Hemodializ müalicəsinin davam etdiyi 544377 gün ərzində 84 xəstədə 95 qram-mənfi bakteremiya halları qeydə alınmışdır, hər 1000 hemodializ müalicəsi alınan günə kateterin qoyulmasından asılı olaraq orta tezlikdə 0.175 yoluxma halı: qeyri-tunel mərkəzi venoz kateter- 4.77 hal, arteriovenoz protezlər – 0.24, tunel mərkəzi venoz kateteri- 0.21, arteriovenoz fistula- 0.11 hal. Bakteremiyanın ən çox yayılmış mənbələri mərkəzi venoz kateter (16.8%, N=16), infeksiyalaşmış xoralar (14.7%, N=14), sidik ifrazat sistemi (10.5%, N=10), öd çıxarıcı sistem (9.5%, N=9) və intraabdominal mənbələrdir(9.5%, N=9).

Əsas patogen mikroorqanizmlər Escherichia coli ( 49.5%, N =47), Enterobacter spp (13.1%, N=13), Klebsiella spp (11.1%, N=11), Proteus mirabilis (6.1%, N=6) və Pseudomonas aeruginosadır (5.1%, N=5). Enterobakteriyalardan (p=84), 88% gentamisin, 81% siprofloksasin, 91% piperasillin- tazobaktam, 100% isə meropenemə qarşı həssas olduğu müəyyən olundu.

Erkən ölüm (3 ay) 25.3 %( n=24) təşkil etmişdir. 10 xəstədə (11.9%) bir dəfədən artıq qram-mənfi bakteremiya rast gəlinmişdir, onlardan 9-da(90.0%) etioloji faktor olaraq eyni patogen E.coli müəyyən olunmuşdur.

Nəticə

Mərkəzi venoz kateter və diabetik ayaq xoralarının mövcudluğu qram-mənfi bakteremiyanın əsas risk faktorları olaraq qalmaqdadır və bu damar yolunun düzgün seçilməsinin vacibliyini bir daha sübut edir. Antibiotiklərə qarşı yüksək həssaslığa baxmayaraq, qram-mənfi bakteremiya səbəbindən erkən ölüm hallarının sayı çoxdur. Bu cür hallar zamanı aktiv müalicə taktikası çox vacibdir.