Hemodializ xəstələrində L- karnitinin oral qəbulundan venadaxili yeridilmə üsuluna keçdikdə lipid metabolizminə təsiri

Hemodializ xəstələrində L- karnitinin oral qəbulundan venadaxili yeridilmə üsuluna keçdikdə lipid metabolizminə təsiri

Effects of switching from oral administration to intravenous injection of l-carnitine on lipid metabolism in hemodialysis patients. Kei Fukami, Sho-ichi Yamagishi, Kazuko Sakai, Makoto Nasu, Seiya Okuda. Clinical Kidney Journal, Volume 7, Issue 5

Karnitin çatışmazlığı hemodializ alan xəstələrdə ürək-damar xəstəliklərinin inkişafına yol aça bilər. Dislipidemiya ürək-damar xəstəliklərinin inkişafında iştirak edir və onun yayılma riski hemodializ xəstələrində daha yüksəkdir. Araşdırmada hemodializ xəstələrində l-karnitinin oral qəbulundan venadaxili yeridilmə üsuluna keçdikdə lipid müadiləsinə təsiri təhlil olunur.

Metodlar

Araşdırmaya il ərzində oral (900mq/günə) L-karnitin qəbul edən 9 hemodializ xəstəsi cəlb olunmuşdur. Mütəxəssislər lipid profilinin parametrlərinin 1000mq venadaxili l-karnitin qəbuluna keçdikdən sonra yaxşılaşıb yaxşılaşmadığını araşdırıblar.

Nəticələr

L-karnitinin 1 həftə ərzində venadaxili yeridilməsindən sonra hemodializdən əvvəl və sonra sərbəst və asil karnitinin ümumi miqdarı və səviyyəsi nəzərə çarpacaq qədər artmışdır. 1-4 həftəlik venadaxili tətbiq terapiyası zamanı serrumdakı sərbəst yağ turşularının miqdarı( 322 ± 104 müqayisədə 261 ± 124 mmol/ l) azalmış, eyni zamanda yüksək sıxlıqlı lipoproteinlərin səviyyəsinin qalxmışdır ( 1,46 ± 0,49 müqayisədə 1,63 ± 0,62 mmol/l) .

Nəticə

Beləliklə, tədqiqat göstərir ki, l-karnitinin venadaxili yeridilməsi üsuluna keçid lipid profilini yaxşılaşdırır , bu da öz növbəsində hemodializ xəstələrinin müalicəsi zamanı venadaxili yeridilmə üsulunun kliniki effektivliliyini sübut etmişdir.