Hemodializ seansından sonra bərpa müddəti: müəyyən amillərin təsiri

Hemodializ seansından sonra bərpa müddəti: müəyyən amillərin təsiri

Time to recovery after a hemodialysis session: impact of selected variables
Kwabena T. Awuah, Bayode A. Afolalu, Usama T. Hussein, Radu R. Raducu, Amenuve M. Bekui и Fredric O. Finkelstein

Davamlı hemodializ alan xəstələrin sağlamlıqla əlaqədar həyat keyfiyyətinin aşağı düşməsi müşahidə olunur. Buna səbəb olacaq faktorlardan biri kimi adi HD seansından sonra uzun müddətli bərpa prosesi göstərilir. Bu tədqiqat həftədə 3 dəfə standart davamlı hemodializ alan pasiyentlərdə seansdan sonra sağlamlığın bərpa müddətini qiymətləndirmək və həmin müddətə təsir göstərən klinik və demoqrafik amilləri öyrənmək üçün nəzərdə tutulmuşdur.

Metodlar

267 pasiyent 3 ardıcıl HD seansı müddətində (həftədə üç dəfə standart hemodializ) nəzarətdə saxlanılmışdır. Pasientlərdən əvvəlki seansdan sonra bərpa üçün nə qədər zaman tələb olunduğu soruşuldu. Demoqrafik və kliniki, həmçinin öncəki hemodializ seansı haqqında məlumatlar ətraflı öyrənilmişdir.

Nəticələr

Orta yaş həddi 66,4 ± 15,7 yaş, BƏM-in orta müddəti — 40,1 ± 37,6 ay təşkil etdi. Orta bərpa müddəti 246 ± 451 dəqiqəyə bərabərdir. Yaş, cinsiyyət, daşınan xəstəliklərin sayı, böyrək əvəzləyici terpiyanın davam etdiyi ayların sayı, dializ zamanı hipotenziyanın əmələ gəlməsi, ultafiltratın həcmi və dializ seansının davametmə müddəti daxil olmaqla aparılan çoxfaktorlu reqressiya təhlili göstərir ki, bu müstəqil faktorlardan heç biri seansdan sonrakı sağalma müddətinə ilə əhəmiyyətli dərəcədə bağlı deyil.

Son nəticə

Bu tədqiqat hemodializ seansından sonrakı bərpa müddətinə təsir edəcəyi təxmin olunan müxtəlif demoqrafik və kliniki faktorlarla əlaqəli olmadığını göstərdiyi üçün çox önəmlidir.