2002-2008-ci illər ərzində Almaniyada şəkərli diabet xəstələrində böyrək əvəzləyici müalicənin (BƏM) diabeti olmayan pasiyentlərlə müqayisədə rast gəlmə tezliyi

2002-2008-ci illər ərzində Almaniyada şəkərli diabet xəstələrində böyrək əvəzləyici müalicənin (BƏM) diabeti olmayan pasiyentlərlə müqayisədə rast gəlmə tezliyi

Andrea Icks, Burkhard Haastert, Jutta Genz, Guido Giani, Falk Hoffmann, Rudolf Trapp, Michael Koch

Abstrak

Bu araşdırma Almaniya əhalisi arasında diabetli və diabeti olmayan şəxslərin böyrək əvəzləyici müalicəyə alınma sayını müəyyən etmək üçün aparılmışdır.

Metodlar

Regional dializ mərkəzinin məlumatlarından istifadə edərək (əhalisi 310000 adam) 2002-2008-ci illər ərzində 30 və daha yuxarı yaşı olan BƏM-ə götürülmüş bütün yeni xəstələr siyahiya alındı.

Nəticələr

BƏM-ə götürülmüş bütün xəstələrdən (N=544) 49.6%-i diabet xəstəsi idi. 58%-i kişilər, orta yaş həddi 70.3 (11.4 yaş) təşkil edirdi. Diabetli və diabeti olmayan xəstələrin arasında BƏM rast gəlmə tezliyi hər 100 000 adam-ilə ( 2004-cü il Alman əhalisinə uyğun olaraq standartlaşdırılmışdır) 213.7 [ 95% Etibarlılıq intervalı ), 159.5- 267.8 ] və 26.9( 95% Eİ, 22.5- 31.3) [ kişilərdə] və 130.2(95% Eİ, 65.6- 194.9) və 16.4(95% Eİ 13.5- 19.3) [ qadınlarda ] təşkil etmişdir. Standartlaşdırılmış nisbi risk kişilər üçün 7.9(5.9-10.8) , qadınlar üçün isə 8.0 (4.7-13.5) idi. Yaş və şəkərli diabet arsında əhəmiyyətli qarşılıqlı təsir müəyyən olundu , yuxarı yaş xəstələrində nisbi risk daha az idi. Şəkərli diabeti olanlar arasında müavafiq risklər kişilərdə və qadınalarda 0.87, əhali arasında isə kişi və qadınlarda 0.41 və 0.35 təşkil etmişdir.

Son nəticə

Almaniyada aparılan bu demoqrafik araşdırmada müəyyən olundu ki, diabeti olan yuxarı yaş nümayəndələr diabeti olmayan xəstələrə nisbətdə 8 dəfə daha çox BƏM-ə müraciət edir. BƏM üçün yüksək risk diabet xəstələrində və eləcə də bütün əhalidə şəkərli diabetlə bağlı ola bilər.