Shroff R1, Wan M1, Nagler EV2, Bakkaloglu S3, Fischer DC4, Bishop N5, Cozzolino M6, Bacchetta J7, Edefonti A8, Stefanidis CJ9, Vande Walle J10, Haffner D11, Klaus G12, Schmitt CP13; European Society for Paediatric Nephrology Chronic Kidney Disease Mineral and Bone Disorders and Dialysis Working Groups. Author information
Abstrakt
Vitamin D çatışmazlığı XBX xəstəliyi olan uşaqlarda və böyüklərdə geniş yayılmışdır və adətən kəskin halda özünü göstərir.
Yerli vitamin D (25- hidroksivitamin D[25(OH)D]} bir çox orqan sistemlərinə pleyotrop təsirə malik olmasına baxmayaraq, onun skelet effektləri daha geniş öyrənilmişdir. 25 (OH) D çatışmazlığı səbəbli olaraq sağlam və XBX olan uşaqlarda raxit və sümük sınıqlarına səbəb olur ki, bu da mineral və sümük pozğunluğuna (MSP) gətirib çıxarır.Vidamin D terapiyası və onun XBX-də istifadəsi ilə bağlı bəzi göstərişlər mövcuddur. Pediatrik Nefrologiya üzrə Avropa cəmiyyətinin , Dializ, XBX və MSÇ-nın işçi qrupu XBX-li uşaqlar üçün vitamin D-nin qiymətləndirilməsi, müalicəsi və profilaktikası ilə bağlı tövsiyələr toplusu yaratmışdır. Biz dilaiz alan və 2-5ci mərhələdə olan XBX-li uşaqlar üçün erqokalsiferol (Vitamin D2) və xolekalsiferolun (vitamin D3) istifadəsi ilə bağlı kliniki məsləhətlərimizi təqdim edirik. Paralel sənədlər aktiv vitamin D terapiyası üçün tövsiyələri əhatə edir. İşçi qrupu sağlam uşaqlarda, eyni zamanda XBX olan uşaq və böyüklərdə meta-analiz və rəndomizə olunmuş nəzarət sınaqları daxil olmaqla geniş ədəbiyyatı araşdırmışdır . Müvafiq tədqiqat məlumatları olmadığı halda PNAC XBX-MSP və Dializ işçi qrupu mütəxəssislərinin rəyləri təmin edilir, lakin müalicə həkimi tərəfindən diqqətlə izlənilməli, qiymətləndirilməli və hər bir pasientə individual olaraq lazımi miqdarda təyin olunmalıdır.