2000-ci illərdə Azərbaycanda hemodializ və digər BƏM (Böyrək Əvəzləyici Müalicə) metodlarının təşkilində çatışmazlıqların mövcud olduğu dövrdə məhz TTS (Dünya Transplantasiya Cəmiyyəti), TOND (Türkiyə Orqan Nəqli Dərnəyi) və TDTD (Türk Dünyası Transplantoloqlar Cəmiyyəti) prezidenti və Başkent Universitetinin qurucusu Mehmet Haberalın tövsiyəsi və dəstəyi ilə “MedServis” ÖTM fəaliyyətə başladı. Professor Mehmet Haberal bizə müalicə protokolunun hazırlanmasında, yeni kadrların yetişdirilməsində və elmi araşdırmaların aparılmasında böyük dəstək göstərmişdir.