1954-cü ildə BMT Baş Məclisi bütün dünyada uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr edilən bu günü bütün dünya ölkələrinə qeyd etməyi məsləhət görüb. O vaxtdan bəri 20 noyabr dünyada uşaq bayramı, uşaqların hüquqlarının və sağlamlığının qorunması günü kimi qeyd edilir, bu istiqamətdə müxtəlif tədbirlər keçirilir, həkimlər uşaqların sağlamlığının qorunması ilə bağlı tövsiyələr verirlər. Bu günün qeyd olunmasında məqsəd uşaqlar üçün beynəlxalq həmrəyliyi və onların sağlamlığını daha da inkişaf etdirməkdir.