Müasir dünya tibbinin ən parlaq simalarından biri, Azərbaycanın yaxın dostu, professor doktor Mehmet Haberal Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hər il təqdim edilən “İhsan Doğramacı Family Health Foundation” mükafatına layiq görülüb. Çox qürurverici haldır ki, “Mehmet Haberal Türkiyənin ən böyük varlığıdır” sözlərini səsləndirmiş İhsan Doğramacının adını daşıyan bu mükafat 2022-ci ildə məhz onun tələbəsi olmuş Mehmet Haberala təqdim olunur.
Bu münasibətlə Mehmet Haberala insanlığa xidmətində davamlı uğur və sağlamlıq dolu uzun ömür diləyirik!