Sidik sutka ərzində yığılmalıdır ki, adətən bu səhər saat 6-8 radələrində sidik kisəsini azad etdikdən sonra olur.
Sutka ərzində əmələ gəlmiş sidik ölçüsü 2 litrdən az olmayan, boğazı geniş, tünd rəngli və təmiz bir şüşə qaba yığılır. Axırıncı porsiya sidik yığılan müddətdə ilkin porsiya nə vaxt götürülübsə, həmin vaxtda götürülməlidir. Bunun üçün ilkin və sonuncu tarix qeyd edilməlidir. Sidiyin yığılması tamamlandıqdan sonra yığılmış sidik tədqiqatlar üçün laboratoriyaya gətirilir.