İkili test hamiləlikdə döldə yarana biləcək xromosom anomaliyalarını araşdırmaq üçün edilən testdir. İkili testin nəticəsinə əsasən, döldə Trisomiya 21 (Daun sindromu) və Trisomiya 18 (Edwards sindromu) adlanan anomaliyaların döldə olma riski araşdırılır.
İkili test üçün 11-14-cü həftə arasında anadan qan alınır. Bu, qanda sərbəst β-hCG və PAPP-A zülalın səviyyəsi ölçülərək, eləcə də ananın yaşı və digər özəllikləri nəzərə alınaraq hesablanır. Əgər bu testə ənsə qalınlığı da (NT) əlavə edilərsə, testin doğruluq ehtimalı daha dəqiq olur və bu testə kombinə test (ikili kombinə test)deyilir. Daun sindromu ikili testdə 65 %, kombinə test ilə 85 % üzə çıxır. Hər iki test Daun sindromlu döllərin hamısını üzə çıxara bilmir. Belə ki, bəzi Daun sindromlu döl daşıyan hamilələrdə nəticələrin normal çıxması gözlənilir. İkili test nəticəsində xromosom anomaliyaların döldə olub-olmadığı dəqiq müəyyən olunmur, sadəcə bu anomaliyaların olma riskinin normaldan yüksək olub-olmadığına cavab tapılır. Əgər risk yüksək çıxarsa, dəqiq cavab almaq üçün amniosentez edilməlidir.
İkili test nəticəsinə görə risk təyini:
İkili test nəticəsində Daun sindromu üçün yüksək risk 1/270 qəbul edilir və dəqiq diaqnoz üçün amniosentez edilməlidir. Hal hazırda ikili testi "MedServis" Özəl Tibb Mərkəzində verə bilərsiniz.
Ətraflı məlumat üçün əlaqə nömrələri:
+994 12 596 6844
+994 12 596 6848