Beyin natriuretik peptid və ya NT-rgo BNP ventrikulyar miokardda sintez olunan və ürək mədəciklərinin dilatasiyası və artan təzyiq yükünə cavab olaraq qan dövranına düşən neyrohormondur. BNP-nin əsas fizioloji təsirləri isə aşağıdakı kimidir:
– diurez
– natriurez
– renin
– aldosteron ifrazının ləngiməsi
Kliniki əhəmiyyəti:
– xroniki ürək çatışmazlığı (erkən və differensial diaqnostika, xəstəliyin ağırlığının qiymətləndirilməsi, xəstəliyin mərhələləri, proqnoz, müalicənin effektivliyinin qiymətləndirilməsi və onun monitorinqi)
– kəskin koronar sindrom ( risk stratifikasiyası, proqnoz, müalicənin effekivliyinin qiymətləndirilməsi)
– koronar ürək xəstəliyi — sabit angina
– arterial hipertenziya
– diabet
– xroniki böyrək çatızmazlığı
Klinik təcrübədə NT-rgo BNP-in istifadəsinin əsas istiqamətləri:
– ürək çatışmazlığının erkən diaqnozu və simptomatik pasiyentlərdə sonrakı müşahidə və terapiya üçün düzgün mütəxəssis seçimi məqsədi ilə skrininq
– ürək çatışmazlığı funksional sinfinin obyektiv qiymətləndirilməsi
– qeyri-spesifik simptomlu xəstəlik zamanı adekvat terapiyanın seçilməsi (ürək çatışmazlığı və digər)
– ürək çatışmazlığı və kəskin koronar sindromlu xəstələrdə risk stratifikasiyası
– ürək çatışmazlığı üçün müalicənin effektivliyinin monitorinqi
– kardioloji patologiyası olan xəstələrin əməliyyat qabağı monitorinqi
– dərmanların kardiotoksik təsirinin müəyyən edilməsi (onkologiya və psixiatriya)
– diabet xəstələrində ürək-damar komplikasiyaları və nefropatiyanın qarşısının alınması
Qanda beyin natriuretik peptidin (NT-rgo BNP) təyin edilməsi üçün “MedServis” Özəl Tibb Mərkəzinin laboratoriyalarına müraciət edə bilərsiniz.