Istehsalçı: Axis-Shield, Norveç
Hemoqlobin A1c, mikroalbumin, C-RB və D-Dimer müəyyən edilməsi üçün cihaz
NycoCard® reader II- NycoCard ® testlərinin sürətli və etibarlı ölçülməsi üçün hazırlanmış bir cihazdır. NycoCard® reader II və NycoCard testlərin köməyi ilə həkim birbaşa xəstənin qəbulu zamanı dəqiq nəticələr əldə edə bilər.
Aşağıda sadalanan testlərin aparılması mümkündür:
- NycoCard® C-RB
- NycoCard ®D-Dimer
- NycoCard® HbA1c
- NycoCard® Microalbumin
Tromboz və ya emboliya, diabet və iltihab şübhəsi yaranan zaman diaqnostik test- sistem “Nycocard” seriyasının əsas üstünlükləri:
- Cavabların verilmə müddəti 2-3 dəqiqədir, bu da mərkəzi laboratoriyadan asılı olmayaraq günün istənilən vaxtında həkim qəbulunda, evdə, xəstə yataqda olan zaman müayinələri aparmağa imkan verir.
- Test üçün barmaqdan alınan az miqdarda qan (3.5-100mkl) yeni doğulmuş körpələri və azyaşlı uşaqları müayinə etmək üçün kifayət edir.
- Yarımkəmiyyət hesabatı vizual olaraq aparılır, kəmiyyəti məlumatlar isə portativ densitometr isifadə olunaraq əldə olunur.
NycoCard® reader II əksi görünən spektrin 3 hissəsində ölçür. Işıq diodları tərəfindən yayılan və nümunədən əks olunan işıq sensorla ölçülür və sonra mikroprosessora ötürülür. Mikroprosessor konsentrasiyanı yenidən hesablayir. NycoCard® reader II ön paneldə üç düyməni istifadə edərək idarə olunur. Ölçmə
prosesi bir neçə saniyə çəkir və nəticə dərhal ölçmə bitdikdən sonra ekranda göstərilir. Düzgün nəticələri əldə etməyə imkan verən cihazın kalibrlənməsi sadədir və çox vaxt tələb etmir.
Cihazın çəkisi 540qr
Ölçüləri 200 x 170 x 70
Daxili interfeysi RS 232