Permanent (qalıcı) kateter

Permanent (qalıcı) kateter

Qoyulma yeri

  • Daxili vidaci vena
  • Bud venası
  • Körpücükaltı vena

Üstünlükləri

  • Digər damar yolları olmadıqda və ya damar yolu formalaşana qədər
  • Qoyulan kimi istifadə oluna bilər
  • Müxtəlif nahiyyələr qoyula bilər

Çatışmayan cəhətləri

  • Tıxanma (tutulma)
  • Infeksiya riski
  • Aşağı sürətli qan axını
  • Mərkəzi damar darlığı ilə əlaqədar disfunksiya

Yarana biləcək fəssadlar

Erkən

  • Arteriyanın punksiyası
  • Qanaxma
  • Dərialtı hematoma
  • Pnevmotoraks
  • Hemotoraks
  • Aritmiya
  • Hava emboliyası
  • Venanın, perikardın perforasiyas
  • Ürəyin tamponadası

Gecikmiş

  • Sepsis
  • Endokardit
  • Tunel boyunca abses, fleqmona
  • Tromboz
  • Damarın stenozu

Permanent kateterlərə qulluq

Kateterin seansa hazırlanması

  • Tibb bacısı əlcək və maska geyir
  • Kateterin üzərində olan sarğı ehtiyyatla açılır.(qayçı və ya digər kəsici alətlərdən istifadə etmək, sarğını islatmaq üçün spirt və spirt tərkibli məhlullardan istifadə etmək olmaz)
  • Kateterin ucları açıldıqdan sonra 10%-li povidon yod məhlulu ilə sonra isə steril tənziflə silinir
  • Kateterin mənfəzindən heparin aspirasiya olunur
  • 0.9% li NaCl məhlulu ilə kateterin keçiriciliyi yoxlanılır
  • HD proseduruna başlanılır
  • HD sonunda kateterin mənfəzi 0.9% -li NaCl məhlulu ilə yuyulur
  • Mənfəzi müvafiq həcmə görə təmiz heparinlə doldurulur

Kateterin sarğısı:

  • Xəstəyə maska geydirilir
  • Sarğı tibb bacısı maska və əlcək taxdıqdan sonra, sarğı açılır
  • Nahiyyə steril sarğı materialı,xlorheksidinin sulu məhlulu ilə işlənilir
  • Nonallergik plastirla aseptik sarğı qoyulur
  • Kateterin çıxış yerində hiperemiya mövcuddursa həkimə məlumat verilir

Qeyd: hər ayın axırıncı bazar günü streptokinaza məhlulu ilə kateterlər yuyulur