Depressiya hemodializ xəstələri üçün ölüm riski faktoru ola bilərmi?

Depressiya hemodializ xəstələri üçün ölüm riski faktoru ola bilərmi?

Is depression a risk factor for mortality in chronic hemodialysis patients? Diefenthaeler EC, Wagner MB, Poli-de-Figueiredo CE, Zimmermann PR, Saitovitch D. (Rev Bras Psiquiatr. 2008 Jun;30(2):99-103.

Abstraksiya

Bu tədqiqat depressiyanın kliniki simptomları və xroniki hemodializdəki ölüm halları arsındakı əlaqəni araşdırmaq məqsədi ilə aparılmışdır. 40 pasientin vəziyyəti 10,5 ay müddətində izlənilmişdir.

Depressiya hallarının olub (>14 bal) olmadığını (<14 bal) öyrənmək üçün Bek Şkalasından istifadə olunmuşdur. Qruplar arasındakı ölüm nisbətini müqayisə etmək üçün Kaplan-Mayer orta yaşama nisbəti əyrilərindən istifadə olunmuşdur. Digər faktorların potensial təsiri Koksun proporsional risk modeli ilə müəyyən olunmuşdur.

Nəticə

24 ay müşahidədən sonra depressiyalı xəstələrdə orta yaşama müddəti 39%, depressiyada olmayan xəstələrdə isə 95% (p=0,029) təşkil etmişdir. Yaş, pasientin digər ümumi xəstəlikləri, biokimyəvi göstəricilər daxil olmaqla digər göstəricilər ölüm faktoru ilə çox az əlaqəlidir. Depressiyalı xəstələr daha uzun müddət hemodializ almış və daha az böyrək transplantasiyasına məruz qalmışdır (9% müqayisədə 50%).

Nəticə

Depressiya əlamətlərinin olması dializ xəstələrində ölüm riski faktoruna əsas göstəricilərdən biri ola bilər.