Bildiyimiz kimi kalsium bizim orqanizmimiz üçün vacib mikroelementlərdən biridir. Kalsium fizioloji effektləri (əzələ yığılması, hormonların sekresiyası, reseptor proseslər, hüceyrə bölünməsi və s.) ionlaşmış forması tərəfindən həyata keçirilir. İonlaşmış kalsium ümumi kalsiumun 43-50%-ni təşkil edir. Adətən total kalsiumun səviyyəsi qandakı albumin səviyyəsinə bağlı dəyişə bildiyindən müayinə zamanı ionizə olunmuş kalsiumun yoxlanılması məsləhətdir. İonlaşmış Kalsiumun miqdarı parathormon, kalsitonin, aktiv D3 ilə tənzim olunur. Qanda kalsium səviyyəsinə həmçinin zülallar, maqnezium, turşu-qələvi nisbəti təsir edir.
İonlaşmış kalsiumun təyini kalsium mübadiləsinin vəziyyətini daha dəqiq təyin etməyə imkan verir.
Analiz Mütləq 8 saat aclıqdan sonra yoxlanmalıdır.
Metabolizmin qiymətləndirilməsi
Hiperkalsienemiya
Hipokalsienemiya
Böyük travmalar
Sepsis, yanıqlar
Pankreatit
Multiorqan çatışmazlığı
Qaraciyər və böyrəklərin ağır patologiyaları
Malasorbsiya
Hamilə qadınların müayinəsi
(+994 12) 596 68 44
(+994 12) 596 68 48
(+994 12) 596 43 39
(+994 50) 220 56 1
2Bakı şəhəri, Сəlil Məmmədquluzadə küç.3