COVID-19 peyvəndi bu infeksiyadan qorunmanın ən etibarlı yoludur. Bəs peyvəndin effektliyinə və immunitetin təmin olunduğuna necə əmin olmalı? Bunun üçün peyvənddən sonrakı anticisim analizlərindən istifadə olunur. Kifayət qədər anticisim yaranarsa bu, immunitetin yaranmasını göstərir.
Peyvənddən sonra immunitetin müəyyən edilməsi üçün, koronavirusun S-zülalına, (yəni RBD (S) kimi tanınan reseptorla bağlanma sahəsinə) qarşı anticisimlərin müəyyən edən laboratoriya testlərindən istifadə etmək lazımdır.
Test üçün venoz qan analizi verməlidir.
Analuz üçün hazırlıq:
• Analizin ac qarına verilməsi tövsiyə olunur. Bu o deməkdir ki, son yemək və qan götürülməsi arasında ən azı 3 saat vaxt keçməlidir. Su qəbulunda heç bir məhdudiyyət yoxdur. Səhər qan verməyi planlaşdırırsınızsa, gecə özünüzü yüngül bir şam yeməyi ilə məhdudlaşdırmanız məsləhətdir (yağlı qidalar olmaz).
Müsbət nəticə Covid-19-a qarşı anticisimlərin yaranmasını göstərir. Koronavirus infeksiyasına qarşı peyvənd tarixçəsi varsa, müsbət nəticə peyvənddən sonrakı immunitetin yaranmasını bildirir.
Nəzərə alınmalıdır ki, analizin cavabı Covid-19 keçirmiş şəxslərdə də müsbət olacaqdır. Ona görə də əmin olmaq lazımdır ki, vətəndaş peyvənd vurmamışdan öncə Covid-19-a yoluxmayıb və qanında anticisimlər aşkar edilməyib.
Hal-hazırda, MedServis Özəl Tibb Mərkəzində peyvənddən sonrakı immunitetin yaranıb-yaranmamısını öyrənmək üçün üçün (anti-SARS-CoV-2 (COVID-19) IgG, S1 proteininin reseptorla (RBD) qarşı anticisim testdən keçə bilərsiniz.