Şərhlər

271695069 328370159293014 2061323800526902158 nBildiyimiz kimi kalsium bizim orqanizmimiz üçün vacib mikroelementlərdən biridir. Kalsium fizioloji effektləri (əzələ yığılması, hormonların sekresiyası, reseptor proseslər, hüceyrə bölünməsi və s.) ionlaşmış forması tərəfindən həyata keçirilir. İonlaşmış kalsium ümumi kalsiumun 43-50%-ni təşkil edir. Adətən total kalsiumun səviyyəsi qandakı albumin səviyyəsinə bağlı dəyişə bildiyindən müayinə zamanı ionizə olunmuş kalsiumun yoxlanılması məsləhətdir. İonlaşmış Kalsiumun miqdarı parathormon, kalsitonin, aktiv D3 ilə tənzim olunur. Qanda kalsium səviyyəsinə həmçinin zülallar, maqnezium, turşu-qələvi nisbəti təsir edir.

252433120 281487467314617 2901704191632035223 nAnti-SARS-CoV-2 COVID-19 RBD-yə (reseptor bağlayıcı  domen RBD) qarşı IgG anticisimlərin təyini.

 RBD-yə qarşı anticisimlər insan orqanizmi COVİD-19 virusuna yoluxduqda ona müqavimət göstərirlər.  Bu xüsusiyyətinə görə onu neytrallaşdırıcı adlandırırlar. Aşkar olunmuş RBD anticisimləri koronavirusun insan hüceyrələrinin reseptorları ilə kontaktına mane olur, virusun hüceyrəyə daxil olmasının və çoxalmasının qarşısını alır. Bu səbəbdən də insan nəinki xəstələnmir, həm də başqalarını yoluxma təhlükəsi yaratmır.

166094383 3632345126887620 1730826872234825566 nQalxanabənzər vəzi insan orqanizmində kiçik lakin vacib bir endokrin vəzidir. Bu vəzi ilə maddələr mübadiləsi və hormonların sintezi sıx bağlıdır. Həmçinin, qalxanabənzər vəzi xəstəlikləri ölkədə xoşagəlməz statistikaya da malikdir.

Qalxanabənzər vəzinin düzgün işlənməsi göstəriciləri hər dəfə illik sağlamlığa nəzarət planına daxil edilir.

"Medservis" Özəl Tibb Mərkəzində qalxanabənzər vəzinin göstəricilərinin ayri-ayrılıqda analizlərindən əlavə, həmçinin hazır kompleks müayinə xidmətindən də istifadə edə bilərsiz.

174502307 3688098851312247 4552233931108125858 nCOVID-19 peyvəndi bu infeksiyadan qorunmanın ən etibarlı yoludur. Bəs peyvəndin effektliyinə və immunitetin təmin olunduğuna necə əmin olmalı? Bunun üçün peyvənddən sonrakı anticisim analizlərindən istifadə olunur. Kifayət qədər anticisim yaranarsa bu, immunitetin yaranmasını göstərir.

Peyvənddən sonra immunitetin müəyyən edilməsi üçün, koronavirusun S-zülalına, (yəni RBD (S) kimi tanınan reseptorla bağlanma sahəsinə) qarşı anticisimlərin müəyyən edən laboratoriya testlərindən istifadə etmək lazımdır.

İŞ SAATLARI

Bazar ert.
Çərşənbə axş.
Çərşənbə
Cümə axş.
Cümə
Şənbə
Bazar
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
Bağlıdır

ƏLAQƏ

(+994 70) 396 68 44 (7/24 aktivdir)
(+994 50) 220 56 12
(+994 12) 596 68 44
(+994 12) 596 68 48
Bakı şəhəri, Сəlil Məmmədquluzadə küç.3, AZ1009