Şərhlər

Humaclot Duo (HUMAN, Almaniya)

Humaclot Duo (HUMAN, Almaniya)

Laxtalanma sisteminin analizatoru

lab an immulite x4

Yarım avtomat koaqulometr Humaclot Duo, qan sisteminin laxtalanmasının əsas parametrlərini təyin edən iki kanallı cihazdır. Cihaz açıq sistemdir və müxtəlif reaktivlərlə işləmək qabiliyyətinə malikdir.

lab humaclot

Cihaz aşağıdakı testləri həyata keçirməyə imkan verir:

- Kvik ilə protombin zamanı

- Aktivləşmiş hissəvi tromboplastin zamanı

- Trombin zamanı

- Fibrinogen konsentrasiyası

Analizator, həmçinin, normalaşdırılmış beynəlxalq əmsalın( INR) avtomatik hesablanmasını aparır.

HUMACLOT DUO koaqulometrində analiz olunan məhluldakı optik sıxlığın dəyişməsinə cavab verən optik ölçmə sisteminə malikdir. Laxtalanma yaranan zaman cihazda istifadə olunan etibarlı optik sistem iki kanallı fotometrdir. Bu da öz növbəsində iki analizi eyni zamanda həyata keçirməyə imkan verir. Cihaz mikroprosessor ilə idarə olunur.

Analizator daxili xronometr və maqnit qarışdırma cihazına malikdir və onlar reaktivlərin nümunəyə əlavə olunması ilə optik sıxlığın birdən dəyişməsi və qatılaşmanın yaranma vaxtının qeyd olunması üçün işə salınır.

Quraşdırılmış maqnit alətləri ilə eyni zamanda qarışdırma mükəmməl homogenizasiyanı təmin edir və aşağı fibrinogen konsentrasiyalarında belə ölçməyə imkan verir.

Cihazın unikal xüsusiyyətlərindən biri də proqramlaşdırılmış zaman yadda saxlama funksiyasıdır. Bu əsas komponentin əlavə olunması ilə əmələ gələn məhlulun optik sıxlığının dəyişməsi anıdır.

Cihaz nümunələrin və məhlulların isidilməsi üçün +37C istiliyi qoruyub saxlayan inkubatora malkdir.

Bu cihaz operatorla dialoq “ünsiyyət”proqram rejimi ilə xarakterizə olunur. Operator çox asanlıqla proqramlaşdıra daha sonra 10 metodikanı daxil edə bilər. Analizatorun yaddaşına ölçü və kalibrasiya nəticələri daxil edilir. Onlardan 4-ü artıq HUMAN şirkəti tərəfindən proqramlaşdırılıb.

Cihazın üstünlükləri

- Dəqiqlik, sürət, proqram sadəliyi

- Maksimum ölçmə müddəti- 600 saniyə

- Hər növ müasir reagentlərə tətbiq oluna bilir

- Qənaət üçün kiçik tutumlu qab

 

İŞ SAATLARI

Bazar ert.
Çərşənbə axş.
Çərşənbə
Cümə axş.
Cümə
Şənbə
Bazar
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
Bağlıdır

ƏLAQƏ

(+994 70) 396 68 44 (7/24 aktivdir)
(+994 50) 220 56 12
(+994 12) 596 68 44
(+994 12) 596 68 48
Bakı şəhəri, Сəlil Məmmədquluzadə küç.3, AZ1009