Ismayilov-Hikmet-Ibrahim-oglu

İsmayılov Hikmət İbrahim oğlu

Direktor, həkim-nefroloq, Türk Dünyası Transplantasiya Dərnəyinin həmtəsisçisi və Azərbaycan təmsilçisi

Təhsili

1982 — N. Nərimanov adına Azərbaycan Tibb Universiteti, müalicə işi fakültəsinin həkim-terapevt ixtisası
1990-1992 — Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nefroloji kafedrası, nefrologiya üzrə kliniki ordinatura
1993 — Hemodializ üzrə “Frezenius” firmasının kursları
1993, 2000, 2004 — Başkent universiteti (Ankara, Türkiyə), nefrologiya və hemodializ üzrə təkmilləşmə kursları
2003 — “Gambro” hemodializ təlim proqramı
2008 — Beynəlxalq Ekoenerji Akademiyası, Tibb üzrə fəlsəfə doktoru, BMD-012

Üzvlükləri
2000-ci ildən etibarən ERA-EDTA ( Avropa Böyrək Assosiasiyası-Avropa Dializ və Transplantasiya Assosiasiyası) cəmiyyətinin tam üzvü (ID-7436)
2003-cü ildən MESOT (Orqan Nəqli üzrə Orta Şərq Cəmiyyəti) üzvü
2003-cü ildən “Həyat” Hemodializ və Böyrək Köçürülmüş Xəstələrin İctimai Birliyinin Sədri
2011-ci ildən “Azərbaycan Bayrağı” media mükafatı laureatı
2022-ci ildən Türk Dünyası Transplantasiya Dərnəyinin həmtəsisçisi və Azərbaycan təmsilçisi

İş təcrübəsi
983-1986 — Təcili tibbi yardımda həkim
1986-1990 — Hərbi həkim
1990-2000 — Akademik M. Qasımov adına RKX-də həkim-nefroloq
2000-2004 — “MedServis” Özəl Tibb Mərkəzində hemodializ şöbəsinin müdiri
2004-cü ildən “MedServis” Özəl Tibb Mərkəzinin baş həkimi

Tibbi forumlarda (konqreslərdə) iştirakı
2004 — Ümumrusiya məktəbi, “Moskvada nefrologiya həftəsi” seminarı, 27 may- 2 iyun, Moskva
2005 — 13-cü Sankt- Peterburq nefroloji seminarı, “ Böyrəklərin damar və interstisial xəstəlikləri”
2005 — 22-ci Beynəlxalq nefroloji, hipertoniya, dializ və transplantasiya konqresi, Türkiyə, Antalya
2006 — 23-cü Beynəlxalq Nefroloji, Hipertoniya, Dializ və Transplantasiya Konqresi, Türkiyə, Antalya
2006 — VI Nefrologiya üzrə beynəlxalq seminar, “Moskvada nefrologiya həftəsi” 28 may-1 iyun, Moskva
2007 — 24-cü Beynəlxalq Nefroloji, Hipertoniya, Dializ və Transplantasiya Konqresi, Türkiyə, Antalya
2008 — Periton Dializi Beynəlxalq Cəmiyyətinin 12-ci Konqresi, Türkiyə, İstanbul
2009 — 26-cı Beynəlxalq Nefroloji, Hipertoniya, Dializ və Transplantasiya Konqresi, Türkiyə, Antalya
2009 — Nefrologiya, Dializ, Transplantasiya və Süni Orqanlar üzrə Balkan Şəhərləri Cəmiyyətinin Konqresi (BANTAO), Türkiyə, Antalya
2013 — Dünya Tibb, Tibbi Araşdırma, Texnik və Etik Bilimlər Akademiyasının (WAMBES) qurucu üzvü
2013 — 50-ci ERA-EDTA Konqresi, Türkiyə, İstanbul
2013 — Birinci Azərbaycan-Türkiyə Nefroloji Toplantısı, 29-30 oktyabr
2014 — 51-ci ERA-EDTA (Amsterdam) konqresi iştirakçısı və sertifikatçısı, 31 may-2 iyun
2014 — İkinci Beynəlxalq Qazax-Türk Nefroloji Konqresi, 12-14 iyun
2014 — 14-cü MESOT və 5-ci Orta Şərq Transplant Oyunları iştirakçısı, 10-13 sentyabr, İstanbul

Çap olunan məqalələri
1993 — Türk Nefroloji Dializ və Transplantasiya Dərnəyi. Cild 2, buraxılış 2
1993 — Türkiyə Orqan Nəqli Dərnəyinin birinci elmi konqresi. Dünya Süni Orqan İmmunoloji və Orqan Nəqli Dərnəyinin ikinci beynəlxalq toplantısı, 20-23 oktyabr, Ankara, Hacettepe Universiteti
2001 — “Azərbaycan Onkologiya və Həmmərz Elmləri” jurnalında “Hemodializ almış xəstələrdə viral Hepatit B və C seroloji markerləri və bəzi qaraciyər fermentlərinin fəallığının artması”, Cild 8, buraxılış 2, Bakı
2002 — “Umut” Hemodializ Mərkəzində 1 aylıq təkmilləşmə kursu, Türkiyə, Uşak
2002 — “Azərbaycan Onkologiya və Həmmərz Elmlər” jurnalında “Roferon-A ilə müalicə aldıqdan sonra hemodializ almış xroniki Hepatit B xəstələrinin tam sağalması”. Cild 9, 1-2-ci buraxılış, Bakı
2002 — “Azərbaycan” tibb jurnalında “Hemodializ şöbəsinin fəaliyyətinin retrospektiv analizi”
2012 — “İnfeksiya və İmmunitet”, “Xroniki böyrək çatışmazlığı olan hemodializ xəstələrində hepatit B və C viruslarının səbəb olduğu infeksiyanın kliniki və patogenik xüsusiyyətləri”, Cild 2
2014 — “Qazaxstan” klinik tibb jurnalında “Hemodializ müalicəsində olan pasientin hamiləliyinin uğurla başa çatdırılması”