14 Sentyabr, Türkiyənin nüfuzlu universitetlerindən-Başkent Universitetinin 25 illiyi qeyd olunur. Qeyd etmək lazımdır ki, Başkent Universitetinin qurucusu Prof. Dr.Mehmet Haberal, TTS (Dünya Transplantoloqlar Cəmiyyətinin), MESOT (Orta Şərq Orqan Transplantasiyası Cəmiyyəti), TOND (Türkiyə Orqan Nəqli Dərnəyi) və TDTD (Türk Dünyası Transplantoloqlar Dərnəyinin) cəmiyyətlərinin yaradıcı prezidenti, Azerbaycan Tibb Universitetinin fəxri Professorudur
Hörmətli prof. Mehmet Haberalın tövsiyyəsi və dəstəyi ilə “MedServis” ÖTM 2000 - ci ildən fəaliyyətə başlamışdır.
Prof. Dr. Mehmet Haberal bizə müalicə protokolunun hazırlanmasında, yeni kadrların yetişdirilməsində və elmi araşdırmaların aparılmasında böyük dəstək göstərmişdir.
“Medservis” özəl tibb mərkəzinin rəhbərliyi və kollektivi adından, Başkent Universitetin rəhbərliyini, müəllim heyyətini və tələbələrini ürəkdən təbrik edir, işlərində uğurlar arzu edirik!