www.medservis.az / Xəbərlər

 

Xəbərlər

Hemodializ | Laboratoriya | Digər


Hemodializ


 


 

Mehmet Haberal Dünya Organ Nakli

Derneği Başkanlığına seçildi

 

3 Kasım 1975'te Türkiye'deki ilk organ nakli ameliyatını gerçekleştirerek tarihe geçen Profesör Mehmet Haberal, bugün Hong-Kong'ta yapılan seçimle adını bir kez daha tıp tarihine yazdırdı. Haberal Hong-Kong'ta toplanan Dünya Organ Nakli Derneği kongresinde oybirliğiyle 2018-2020 yılları için başkanlığa seçildi. Daha ətraflı...

 


1 - 3 iyun 2016-cı il tarixdə Bakıda Türkiyənin və Türk Dünyasının Transplantologiya Cəmiyyətlərinin birləşmiş konqresi keçirilmişdir. Daha Ətraflı...


10-13 sentyabr 2014-cü ildə Türkiyənin İstanbul şəhərində MESOT  – Yaxın Şərq Orqan Transplantasiya cəmiyyətinin 14-cü Konqresi keçirilmişdir. Bu konqresdə 50-dən artıq dövlətdən 661mütəxəssis, o cümlədən Azərbaycandan 44-ə qədər həkim (transplantoloq, cərrah, nefroloq, dövlət və özəl səhiyyə qurumlarında çalışan digər tibb sahələrinin əməkdaşları) iştirak etmişdir.
MESOT, 1987-ci ildə Başkənd universitetinin qurucu rektoru, Türkiyədə ilk böyrək, Avropada ilk hissəvi qaraciyər köşürmə əməliyyatı keçirən prof. Mehmet Haberal və həmkarları tərəfindən yaradılmışdır. 1988-ci ildə Beynəlxalq elmi birlik olaraq İsveçrə ticarət palatasında, Berndə rəsmi qeydiyyatdan keçirilmişdir. 1992-ci ildə MESOT-un Tunisdə keçirilən üçüncü Baş Assambleyasında bu cəmiyyətə daxil olan ölkələrin sərhədləri genişləndirilərək keçmiş Sovet respublikaları, Pakistan və Əfqanıstan daxil edilmişdir. 1990-cı ildən TTS (The Transplantation Society) ümumdünya transplantasiya cəmiyyətinin üzvü qəbul olunub. MESOT-a təkcə əhatə etdikləri regionlardan deyil, ABŞ, Kanada, Yaponiya, Avropanin qabaqcıl ölkələrinin transplantasiya üzrə aparıcı mütəxəssisləri də üzvlər sırasındadırlar.
Qeyd etmək istərdik ki, MedServis ÖTM-nin direktoru Hikmət İsmayılov bu konqresdə MESOT cəmiyyətinin Azərbaycan və Orta Asiya ölkələri üzrə səlahiyyətli nümayəndəsi-konsulu seçilmişdir.

 


12-14 iyun 2014-cü il tarixlərində Astanada, Qazaxstan Səhiyyə Nazirliyinin dəstəyi ilə keçirilən II Beynəlxalq Qazax-Türk Nefroloji Konqressində “Medservis” Özəl Tibb Mərkəzinin direktoru Hikmət İsmayılov və hemodializ şöbəsinin müdir müavini Kamil Müslümov iştirak ediblər.
Konqressin əsəs mövzusu – “Böyrək əvəzedici müalicə”: standartdan təcrübəyə.
Konqressdə Hikmət İsmayılovun çıxışı, 6 il müddətində “Medservis” Özəl Tibb Mərkəzində hemodializ müalicəsi alan qadının uğurlu doğuşla və sağlam körpənin dünyaya gəlməsi ilə nəticələnən hamiləliyinin gedişatına həsr olunmuşdur. Bu hadisə maraqlı müzakirə mövzusu olmuşdur, ”Clinikal medicine of Kazakhstan” jurnalında məqalə kimi dərc edilmişdir.

 

Rambler's Top100 Rambler's Top100 Кодекс этики врачей Рунета