Şərhlər

Dəmir defisitli anemiya nədir?

iron deficiency anemialDəmir insan qanının vacib maddələrindən biridir. O, hemoqlobinin yaradılmasında iştirak edir. Hemoqlobin qırmızı qan hüceyrələrinin tərkib hissəsi olaraq,oksigeni orqanizmin bütün toxumalarına çatdırır. Beləliklə dəmir çatışmamazlığı qanın qırmızı hüceyrələrinin azalmasına səbəb olur. Bu da hemoqlabinin səviyyəsinin düşməsinə və toxumaların lazmi miqdarda oksigen ala bilməməsinə gətirib cıxarır. Bu vəziyyətə dəmir defisitli anemiya deyilir.

Statistikaya görə, dünya əhalisinin təxminən üçdə birində dəmir defisiti var.

Dəmir defisitli anemiya - dəmirin orqanizmimizə daxil olmasının, mənimsənilməsinin pozulması və ya xəstəliklər səbəbindən itirilməsi nəticəsində hemoqlobinin qanda normal səviyyəsinin azalması deməkdir.

Dəmir defisitli anemiyanın əsas əlamətləri

Əgər sizdə aşağıdakı əlamətlərdən bir neçəsi varsa,deməli,dəmir defistli anemiyanın olmasından şübhələnməlisiniz.

  • Süstlük
  • Tez yorulma
  • Yuxululuq
  • Başgicəllənmə
  • Dad hissinin qarışması
  • Dəri örtüyünün solğunluğu (xüsusilə ovucların və selikli qişaların)
  • Dərinin quruluğu
  • Ağız bucaqlarında çatlar
  • Dilin selikli qişasının hamarlaşması
  • Köndələninə cızıqlanmış dırnaqlar, onlarda qaşığa bənzərliyin formalaşmasına meyllilik
  • Saçların qırılması və tökülməsi
  • Ürək döyünmə hissi.

Dəmir defisitli anemiyanın müalicəsinin əsasları
Dəmir defisitli anemiya zamanı həkim və diyetoloqlar bir qayda kimi, qida rasionuna tərkibi dəmirlə zəngin olan ərzaq növlərinin daxil etməyi tövsiyyə edirlər. Bu, birinci növbədə, ət məhsulları (xüsusilə malın qaraciyəri), toyuq əti yumurta, bütün yarma növləridir (xüsusilə qarabaşaq yarması). Dəmir həmçinin noxud, lobya, yulaf yarması, qara gavalı, kişmiş, şokolad, qoz, əncir və nar kimi ərzaqlarında tərkibinə daxildir.

Lakin yadda saxlayın ki,dəmir defisitli anemiyanı yalnız düzgün pəhriz hesabına müalicə etmək mümkün deyil!

DƏMİR DEFİSİTLİ ANEMİYANIN MÜALİCƏSİ DƏMİR PREPARATLARI İLƏ APARILIR.

Bu dərman vasitələri xəstənin əsaslı müayinəsindən sonra həkim tərəfindən təyin edilməlidir.

DƏMİR TƏRKİBLİ DƏRMANLARI ÖZBAŞINA QƏBUL ETMƏYİN,ƏKS HALDA DƏMİRİN QANDA MİQDARININ ARTMASI NƏTİCƏSİNDƏ ZƏHƏRLƏNƏ BİLƏRSİNİZ!

İŞ SAATLARI

Bazar ert.
Çərşənbə axş.
Çərşənbə
Cümə axş.
Cümə
Şənbə
Bazar
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
Bağlıdır

ƏLAQƏ

(+994 70) 396 68 44 (7/24 aktivdir)
(+994 50) 220 56 12
(+994 12) 596 68 44
(+994 12) 596 68 48
Bakı şəhəri, Сəlil Məmmədquluzadə küç.3, AZ1009