Şərhlər

QANDA SİKLOSPORİN ANALİZİ.

indexвSiklosporinin başqa adları: İMMUNORAL, VERO-SİKLOSPORİN, İMUSPORİN, KONSUPREN, ORQASPORİN, PANİMUN BİORAL, P-İMMUN, SANDİMMUN, SANDİMMUN-NEORAL, SİKLOPREN, SİKLORAL (SİKLORAL-FS), SİKLOSPORİN, SİKLOSPORİN-VERO, SİKLOSPORİN-QEKSAL, EKORAL

Siklosporin A artıq 20 ildir ki transplantasiya və immunosupressiv terapiyada ən mühüm dərman preparatı olaraq və yeni preparatların geniş istifadəsinə baxmayaraq, seçim preparatı olaraq qalır.

Bu transplantasiya ilə yanaşı psoriaz , nefrotik sindrom, revmatoid artrit və digər xəstəliklərdə də istifadə olunur. Siklosporin ilə müalicə zamanı dərmanın doza seçimi çox ciddi diqqət tələb edir. Siklosporin miqdarı qanda “terapevtik doza “-dan aşağı olması preparatın təsirini kəskin azaldır, əksinə bir qədər yüksək konsentrasiya ciddi əks təsirlərə (nefrotik, hepatotoksik, diş ətin şişməsi, əllərin əsməsi) gətirib çıxardır. Buna görə də, siklosporin qəbul edən hər bir xəstə bilməlidir necə və nə üçün preparatın konsentrasiyasi təyin edilir ve hansi göstəricilərə əsaslanmaq lazımdır .

1. Qan verilmə zamanı pasiyent siklosporinin təyin olunmuş qəbul rejimini dəyişməməlidir (məsələn: ac qarına və yaxud səhər yemək zamanı).

2. Pasiyent preparatın qəbul vaxtını ve son qəbul edən doza haqqında məlumatı tibb personalına çatdırmalıdır.

3. Qanda Siklosporinin (Co) miqdarını təyin etmək üçün preparatın qəbulu və qanın verilməsinin arasında 12 saat keçməlidir .

4. Siklosporinin (C2) miqdarını təyin etmək üçün preparatın qəbulu və qanın verilməsinin arasında 2 saat keçməlidir .

5. Təyin olunmuş vaxtdan 15 dəqiqə gecikmə heç bir problem yaratmır. Əgər 15dəqiqədən artıq vaxt keçibsə tibb bacısı qanın alınma vaxtını qeyd edir və bu məlumatı həkim-laboranta və xəstənin həkiminə çatdırır. Analizlərin nəticəsindən və pasiyentin ümumi vəziyyətindən asılı olaraq həkim bir neçə gündən sonra təkrar analiz vermeyə məsləhət görə bilər.

Qeyd olunmalıdır ki, Siklosporinin miqdarını plazmada artıran preparatlar: eritromisin, klaritromisin, djozamisin, doksisiklin, xloranfenikol, roksitromisin, midekamisin, ketokonazol, flukonazol (yüksək dozada), itrakonazol, diltiazem, nikardipin, verapamil, propafenon, amiodaron, karvedilol, metoklopramid, peroral kontraseptiv preparatlar, danazol, metilprednizalon (yüksük dozada): allopurinol, xol turşusu və onun törəmələri.

Siklosporinin miqdarını plazmada aşağı salan preparatlar:barbituratlat, karbamazepin, fenitoin, metamizol, nafsilin, sulfadimidin (vena daxili istifadə zamanı), rifampisin, qrizeofulvin, terbinafin, oktreotid, probukol, orlistat, troqlitazon, hypericum perforatum tərkibli preparatlar.

DİQQƏT: Sandimmun Neoral preparatın qəbul dozası və qanda miqdarı digər siklosporin preparatları ilə (məsələn immunoral və s.) uyğun gəlməyə bilər. Bütün hallarda suallarınızla müalicə həkiminizə müraciət etməlisiniz.

İŞ SAATLARI

Bazar ert.
Çərşənbə axş.
Çərşənbə
Cümə axş.
Cümə
Şənbə
Bazar
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
Bağlıdır

ƏLAQƏ

(+994 70) 396 68 44 (7/24 aktivdir)
(+994 50) 220 56 12
(+994 12) 596 68 44
(+994 12) 596 68 48
Bakı şəhəri, Сəlil Məmmədquluzadə küç.3, AZ1009
MedServis 2018 © Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design