Şərhlər

İkili test nədir?

ikili testİkili test hamiləlikdə döldə olabiləcək xromosom anomaliyalarını araşdırmaq üçün edilən bir testdir.İkili test nəticəsinə əsasən döldə trisomiya21(down sindromu) və trisomiya18 (Edwards sindromu) adlanan xromosom anomaliyalarının döldə olma riski araşdırılır.

İkili test Üçün 11-14 heftələr arasında anadan qan alınır.Bu qanda sərbəst β-hCG və PAPP-A zülalın səviyyəsi qanda ölçülərək,ananın yaşı və digər özəllikləri nəzərə alınaraq hesablanır.Bu testə ikili test deyilir.Əgər bu testə ənsə qalınığı (NT) əlavə edilərsə testin doğruluq ehtimalı daha dəqiq olar və bu testə kombinə test(ikili kombinə test)deyilir.Yəni kombinə test ,ikili test ilə ensə qalınığının birgə edilməsidir.Down sindromu ikili testdə 65% ,kombinə test ilə 85% üzə çıxır.Hər iki test Down sindromlu döllərin hamisini üzə çıxara bilmir,bəzi Down sindromlu döl daşıyan hamilələrdə nəticələr normal çıxacaqdır.

İkili test nəticəsində bu xromosom anomaliyaların döldə dəqiq olaraq olub olmadığı bilinməz,sadəcə bu anomalıyaların olma riskinin normaldan yüksəkdir ya deyildir sualına cavab alınar.Əgər risk yüksək çıxarsa, dəqiq cavab almaq üçün amniosentez edilməlidir.

İkili test nəticəsinə görə risk təyini:
İkili test nəticəsində Down sindromu üçün yüksək risk 1/270 qəbul edilir,dəqiq diaqnoz üçün amniosentez edilməlidir.

Hal hazırda İkili testi "Medservis" özəl tibb mərkəzində verə bilərsiniz.
Əlavə məlumat ücün tel. +99412 5966844/48

İŞ SAATLARI

Bazar ert.
Çərşənbə axş.
Çərşənbə
Cümə axş.
Cümə
Şənbə
Bazar
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
Bağlıdır

ƏLAQƏ

(+994 70) 396 68 44 (7/24 aktivdir)
(+994 50) 220 56 12
(+994 12) 596 68 44
(+994 12) 596 68 48
Bakı şəhəri, Сəlil Məmmədquluzadə küç.3, AZ1009
MedServis 2019 © Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design