Şərhlər

Xolesterinin nədir?

xolesterin 2Xolesterin, bir lipid yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə LDL-nin yəni negativ xolesterinin qanda yığılmasıdır. Qanda ümumi xolesterin və negativ xolesterinin yüksək olması, HDL (yaxşı) xolesterinin az olması, insan üçün risk amilidir. Qanda həddindən artıq miqdarda olan xolesterin yavaş-yavaş damar divarında yığılır və infarkt, iflic, damar keçilməzliyi, böyrək çatışmazlığı kimi xəstəliklərin əmələ gəlmə riskini artırır.

Xolesterinin çox olması (LDL) problemi günümüzün ən mühüm sağlamlıq problemlərindən biri kimi xarakterizə olunur və xüsusilə ürək damar xəstəlikləri üçün əhəmiyyətli bir risk faktoru olaraq göstərilir.

Sağlamlığı qorumaq üçün xolesterin səviyyəsinin tarazlıqda olması çox vacibdir. Xolesterinin tənzimində qaraciyərimiz böyük rol oynayır. Bildiyimiz kimi, qaraciyər orqanizmdəki ən böyük vəzidir və xolesterini sintezini həyata keçirir.

Çox zaman xolesterolu təhlükəli, zərərli maddə kimi təsvir edirlər, lakin bu yanlış fikirdir, çünki xolesterol hormonların, D vitamininin, həzm fermentlərinin sintezi üçün mütləq lazım olan bir maddədir.

Xolesterol lipoproteinlər vasitəsilə bədəndə daşınır. Bunların 2 əsas tipi vardır: yüksək sıxlıqlı (HDL) və aşağı sıxlıqlı (LDL). Orqanizmdə hər iki növə müəyyən miqdarda ehtiyac duyulur.

LDL xolesterolun miqdarının artması ürəyə gedən damarlarında yağ əlavələrinin toplanmasına gətirib çıxarır. Ona görə də LDL “ziyanlı xolesterol” adlanır. HDL xolesterolun miqdarı azalanda isə orqanizm yağ toplantılarından təmizlənə bilmir. Nəticədə ürək xəstəlikləri və infarkt riski artır.

Orqanizmdə HDL – “faydalı xolesterol”, LDL –“ziyanlı xolesterol” və total xolesterol səviyyələrini bilmək lazımdır. Həmçinin triqliseridlərin miqdarı da vacib bir göstəricidir.

Qaraciyərin xəstəlikləri zamanı – qaraciyərin piylənməsi, sirroz, dərman maddələriylə zədələnməsi onun xolesterin sintezi funksiyası pozulur. Nəticədə yuxarıda qeyd etdiyimiz xolesterin növlərinin də tarazlığı pozularaq ürək xəstəlikləri üçün təhlükəli bir zəmin yaranır.

xoles.jpgxolesterin_2.jpgxolesterin-hdl-ldl.png

İŞ SAATLARI

Bazar ert.
Çərşənbə axş.
Çərşənbə
Cümə axş.
Cümə
Şənbə
Bazar
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
Bağlıdır

ƏLAQƏ

(+994 70) 396 68 44 (7/24 aktivdir)
(+994 50) 220 56 12
(+994 12) 596 68 44
(+994 12) 596 68 48
Bakı şəhəri, Сəlil Məmmədquluzadə küç.3, AZ1009
MedServis 2018 © Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design