heyatbanner

Beyin natriuretik peptid (NT-rgo BNP)

NT-rgo BNP- beyin natriuretik peptid, ventrikulyar miokardda sintez olunan və ürək mədəciklərinin dilatasiyası və artan təzyiq yükünə cavab olaraq qan dövranına düşən neyrohormondur. BNP-nin əsas fizioloji təsirləri bunlardır: diurez, natriurez, renin və aldosteron ifrazının ləngiməsi.

Kliniki əhəmiyyəti

- Xroniki ürək çatışmazlığı ( erkən və differensial diaqnostika, xəstəliyin ağırlığının qiymətləndirilməsi, xəstəliyin mərhələləri, proqnoz, müalicənin effektivliyinin qiymətləndirilməsi və onun monitorinqi)

- Kəskin koronar sindrom ( risk stratifikasiyası, proqnoz, müalicənin effekivliyinin qiymətləndirilməsi)

- Koronar ürək xəstəliyi- sabit angina

- Atrerial hipertenziya

- Diabet

- Xroniki böyrək çatızmazlığı

Klinik təcrübədə NT-rgo BNP-in istifadəsinin əsas istiqamətləri

  1. Ürək çatışmazlığının erkən diaqnozu. Simptomatik pasiyentlərdə sonrakı müşahidə və terapiya üçün düzgün mütəxəssis seçimi məqsədi ilə skrininq
  2. Ürək çatışmazlığı funksional sinfinin obyektiv qiymətləndirilməsi
  3. Qeyri- spesifik simptomlu xəstəlik zamanı adekvat terapiyanin seçilməsi ( ürək çatışmazlığı və digər)
  4. Ürək çatışmazlığı və kəskin koronar sindromlu xəstələrdə risk stratifikasiyası
  5. Ürək çatışmazlığı üçün müalicənin effektivliyinin monitorinqi
  6. Kardioloji patologiyası olan xəstələrin əməliyyat qabağı monitorinqi.
  7. Dərmanların kardiotoksik təsirinin müəyyən edilməsi ( onkologiya, psixiatriya)
  8. Diabet xəstələrində ürək- damar komplikasiyaları və nefropatiyanın qarşısının alınması

Hal- hazırda qanda beyin natriuretik peptidin (NT-rgo BNP) təyin edilməsi üçün bu testi “MedServis” özəl tibb müəssisəsinin laboratoriyasında verə bilərsiniz.

İŞ SAATLARI

Bazar ert.
Çərşənbə axş.
Çərşənbə
Cümə axş.
Cümə
Şənbə
Bazar
08:00 am - 18:00 pm
08:00 am - 18:00 pm
08:00 am - 18:00 pm
08:00 am - 18:00 pm
08:00 am - 18:00 pm
08:00 am - 18:00 pm
Bağlıdır

ƏLAQƏ

(+994 70) 396 68 44 (7/24 aktivdir)
(+994 50) 220 56 12
(+994 12) 596 68 44
(+994 12) 596 68 48
Bakı şəhəri, Сəlil Məmmədquluzadə küç.3, AZ1009
MedServis 2018 © Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design