Şərhlər

D-dimer

d dimerD-dimer trombəmələgəlmə və fibrinolizis markeridir. D-dimerin səviyyəsinin yüksəlməsi laxtalanmanın aktivləşməsi ilə bağlı bir çox səbəblərdən baş verə bilər (qanın disseminə olunmuş damar daxili laxtalanma sindromu, dərin venalarda tromboz, ağciyər tromboemboliyası, massiv əzələ zədələnməsi və ya cərrahi əməliyyatlar, ürək çatışmazlığı, infeksiyalar, iltihab, neoplastik şərtlər). Testin məhdud spesifikliyinə baxmayaraq, D- dimerin təyin edilməsi laxtalanma və fibrinolizin digər markerlərinin təyinindən daha üstündür, belə ki, D-dimer yalnız hər iki prosesin baş verdiyi şəraitdə formalaşır. Beləliklə, D- dimer səviyyəsi birincili fibrinoliz, disfibrinogenemiyada dəyişilmir.

Hamiləliyin erkən mərhələlərindən başlayaraq D- dimerin səviyyəsi artmağa başlayır. Hamiləliyin sonuna yaxın onun göstəriciləri ilkin səviyyədən 3-4 dəfə artıq ola bilər. Əhəmiyyətli dərəcədə yüksək göstəricilər problemli hamiləlik yaşayan qadınlarda (gestoz, preeklampsiya ), eləcə də şəkərli diabeti və böyrək xəstəlikləri olan hamilələrdə müşahidə olunur. 80 yaşdan yuxarı şəxslərdə də D- dimerin səviyyəsi yüksək olduğu müəyyən olunub.

Test üçün qan ac qarına verilməlidir.

Əsas göstərişlər bunlardır

- Tromboz şəraitin diaqnostikası

- Dərin venalarda tromboz (istisna test)

- Ağciyər emboliyası

- Trombofiliya

- DYL ( disseminə olunmuş damardaxili yayılmış laxtalanma) sindromu

- Problemli hamiləlik

- Trombolitik müalicə monitorinqi

D- dimer səviyyəsinin yüksəlməsi

- Arterial və venoz tromblar (dərin venalarda tromboz, ağciyər arteriyasının tromboemboliyası)

- DYL sindromu

- Infeksiyalar, sepsis

- Iltihab (az miqdarda yüksəlmə)

- Qaraciyər xəstəlikləri

- Geniş hematomalar

- Hamiləlik

- Cərrahi müdaxilələr

- 80-dən yuxarı yaş

- Onkoloji xəstəliklər

- Trombolitik müalicə

Hal- hazırda bu analizi “MedServis” özəl tibb müəssisəsinin laboratoriyasında verə bilərsiniz

İŞ SAATLARI

Bazar ert.
Çərşənbə axş.
Çərşənbə
Cümə axş.
Cümə
Şənbə
Bazar
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
Bağlıdır

ƏLAQƏ

(+994 70) 396 68 44 (7/24 aktivdir)
(+994 50) 220 56 12
(+994 12) 596 68 44
(+994 12) 596 68 48
Bakı şəhəri, Сəlil Məmmədquluzadə küç.3, AZ1009
MedServis 2018 © Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design