heyatbanner

Hemodializ xəstələrində B12 vitamininin və fol turşusunun ölüm riskinə təsiri

Nephrology Dialysis Transplantation- An International Basic Science And Clinical Renal Journal (Number 6, June 2017)

Melissa Soohoo, Seyed- Foad Ahmadi, Hemn Qader, Elani Streja, Yoshitsugu Obi, Hamid Moradi, Connie M.Ree, Tae Hee Kim, Csaba P. Kovesdy and Kamyar kalantar-Zadeh

Abstrakt

Vitamin B12 və fol turşusu fizioloji proseslərdə əsas rol oynayan vacib vitaminlərdəndir. Ümumi əhali arasında bu vitaminlərin kliniki nəticələrlə əlaqəsi araşdırılmışdır. Lakin hemodializ (HD) xəstələrində bu əlaqə hələ də tam öyrənilməmişdir.

Metodlar

Biz 5 il müddətində fol turşusu və B12 vitamininin 9517(fol turşusu ) və 12968(B12) hemodializ xəstələrində ölüm riski ilə əlaqəsini araşdırdıq.

Nəticələr

B12 ilə aparılan araşdırmada orta göstərici +- 15 il müəyyən olunmuşdur, onlardan 43% qadınlar, 33% afroamerikali və 57% diabet xəstələri təşkil edirdi. Daha yüksək dozada B12 (550 pg/mL-dən cox) yüksək ölüm riski ilə qiymətləndirildi. Lakin 6.2 ng/mL-dən aşağı konsentrasiyalı fol turşusu istənilən səbəbdən baş verən yüksək ölüm faktları ilə nəticələndiyi aşkar olundu.

Son nəticə

Sonda belə nəticəyə gəlmək olar ki, hemodializ xəstələrində B12 dozasinin yuxari olmasi , fol turşusunun isə əksinə, aşağı olması istənilən səbəbdən baş verən ölüm riskini daha da artırır. Gələcəkdə hemodializ xəstələrində fol turşusu və B12 səviyyə göstəricilərini müəyyənləşdirmək üçün daha çox araşdırmalar aparılmalıdır.

İŞ SAATLARI

Bazar ert.
Çərşənbə axş.
Çərşənbə
Cümə axş.
Cümə
Şənbə
Bazar
08:00 am - 18:00 pm
08:00 am - 18:00 pm
08:00 am - 18:00 pm
08:00 am - 18:00 pm
08:00 am - 18:00 pm
08:00 am - 18:00 pm
Bağlıdır

ƏLAQƏ

(+994 70) 396 68 44 (7/24 aktivdir)
(+994 12) 596 68 44
(+994 12) 596 68 48
Bakı şəhəri, Сəlil Məmmədquluzadə küç.3, AZ1009
MedServis 2017 © Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design