Şərhlər

D3 Vitamini

d3 azQanda ümumi Vitamin D testi ( 25-hidroksivitamin D, kalsiferol)

Orqanizmdə vitamin D statusunu əks etdirən göstərici. 25(OH)D- qanda olan vitamin D-nin əsas metaboliti.

Iki əsas forması 25(OH)D- xolekalsiferol (D3 vitamini) və erqokalsiferol (D2 vitamini). D2 vitamininin əsas mənbəyi qida olduğu halda , D3 ,əsasən, dəridə ultrabənövşəyi şüaların təsiri altında əmələ gəlir.

Qanda 25(OH)D səviyyəsi vitamin D-nin orqanizmdə statusunun ən yaxşı göstəricisi hesab olunur.

Vitamini D çatışmazlığı uşaqlarda raxit, böyüklərdə osteomalyasiya (sümük yumşalması yaxud sümüklərdə mineralizasiyanın pozulması) kimi özünü göstərir. D vitamini defisiti təkrar yarana bilən hiperparatireoidizm əlamətləri ilə eynidir.

Vitamin D çoxluğu qəbul müddətindən və dozasından asılı olaraq hiperkalsiemiya , hiperfosfatemiya, yumşaq toxumaların kalsifikasiyası, ürəkbulanma, qusma, qəbzlik , anoreksiya , boy və inkişaf ləngimələri kimi toksiki effektlərə gətirib çıxara bilər (uşaqlarda daha tez-tez rast gəlinir).

Müayinəyə hazırlıq: qan ac qarına alınmalıdır. Son qida qəbulu və qan alınması arasında ən azı 8 saat keçməlidir. Analiz üçün qanın alınması dərman preparatlarının qəbuluna başlamamış yaxud onların qəbulunu dayandırdıqdan sonra baş verməlidir.

Hal-hazırda bu analizi “MedServis” ÖTM-nin laboratoriyasında verə bilərsiniz.

İŞ SAATLARI

Bazar ert.
Çərşənbə axş.
Çərşənbə
Cümə axş.
Cümə
Şənbə
Bazar
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
Bağlıdır

ƏLAQƏ

(+994 70) 396 68 44 (7/24 aktivdir)
(+994 50) 220 56 12
(+994 12) 596 68 44
(+994 12) 596 68 48
Bakı şəhəri, Сəlil Məmmədquluzadə küç.3, AZ1009
MedServis 2018 © Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design