Leykositlər immun sistemi hüceyrələrinə aiddir. Onları adətən "ağ qan hüceyrələri" adlandırırlar. Lakin onlar ağ yox, rəngsizdir. Leykositlər müxtəlif ölçülərdə (6- 20 mkm) və formada olur. Onların xüsusiyyətlərindən biri də sərbəst şəkildə hərəkət etməsidir.
Onlar insanı xəstəliklər törədən, ölü və mutasiyalara yoluxmuş (məsələn, xərçəng) hüceyrələrdən və antigenlərdən qoruyur.
Qanda leykositlərin sayının artması xəstəliyin diaqnozun qoyulmasında böyük rol oynayır. Leykositlərin sayının artması "leykositoz" adlanır. Leykositoz fizioloji və patoloji olur. Fizioloji leykositoz heç bir xəstəliyin əlaməti deyil və orqanizmdə gedən bəzi dəyişikliklərə cavab olaraq inkişaf edir. Patoloji leykositoz isə hər hansı xəstəliyin simptomu kimi meydana çıxır.