Şərhlər

Sysmex XT-2000i (Hoffman La Roche, Yaponiya)

Avtomatik hematoloji analizator

SYSMEX XT- 2000i

lab sysmex

Yeni hematoloji analizator Sysmex XT- 2000i cihazının iş prinsipi inqilabi üsullardan sayılan axıcı sitoflürometriya texnologiyasına əsaslanır. Bu cihaz dəqiq nəticələr əldə etmək, normal və patoloji nümunələrin dəqiq bölünməsi imkanlarını təmin edir. Tam avtomatlaşdırılmış analizator 38 parametr və eyni zamanda tam leykosit formulasını çıxarılması, retikulositlərin sayılması üçün nəzərdə tutulub.

Hoffman La Roche şirkətinin Sysmex XT 2000i cihazı eyni vaxtda 38 parametr təyin etmək imkanına malikdir. Onlardan əsas təyin olunmuş göstəricilər bunlardır:

Hemoqlabinin konsentrasiyası, hematokrit, eritroksitlərin miqdarı, eritrositlərin orta həcmi, eritrositdə hemoqlobinin orta konsentrasiyası, bir eritrositdə hemoqlobinin orta sıxlığı, trombositlərin miqdarı, trombositlərin orta həcmi, leykositlərin miqdarı, leykositlərin 5 fraksiya üzrə differensiasiyası (neytrofillər, eozinofillər, bazofillər, limfositlər, monositlər) nəticə blanklarında onların miqdarının mütləq və nisbi göstəriciləri əks olunması, geniş plazamalı limfositlərin miqdarının sayılması, retikulositlər və blast hüceyrələri.

Işin texnoloji prinsipi inqilabi üsullardan sayılan axan sitoflüorimetriya və histokimyəvi üsulların birliyinə əsaslanaraq, hüceyrəvi sub-populyasiyanın kəmiyyətcə və keyfiyyətcə qiymətləndirilməsində və morfoloji xarakteristikanın yüksək dəqiqliyinə təminat verir.

Ölçülən parametrlər:

Eritrositlər, hemoqlobin, hemotokrit, eritrositlərin orta həcmi, hemoqlobinin orta həcmi, hemoqlobinin orta konsentrasiyası, eritrositlərin paylanma eyniliyi, leykositləri miqdarı, neytofillər, limfositlər, monositlər, bazofillər, eozinofillər, yetişməmiş qranulositlər(% %-lə miqdarı), trombositlərin orta həcmi, trombositlərin paylanma eyniliyi, trombositlərin %-lə miqdarı, yetişmənin 3 dövründə retikulositlərin tutumu, yetişməmiş retikulositlərin fraksiyası.

Eritrositlər, trombositlər və leykositlərin paylaşdırılmasının histoqramması

Əsas xüsusiyyətləri:

23 əsas və 15 köməkçi parametrlər

Leykositlərin tam differensiasiyası

1 saatda 80 test tədqiq etmək imkanı

Nümunələrin rəqəmsal identifikasiyası

Marfoloji patoloqiya haqqında dəqiq məlumat və onların normal göstəricilərindən fərqləndirilməsi

Nümunənin kalibrasiyasının və keyfiyyətə nəzarətinin tam avtomatlaşdırılması

Sinaq şüşəsindən 85 mkl, avtomatik rejimdə 130 mkl qan işlətmə imkanı

Analiz üçün 40 mkl kapillyar qan

Reagentin əvvəlcədən qızdırılmasını təmin edən ölçü kameraları

Levy- Jenning cədvəli, onlayn rejimdə analizin gedişatının keyfiyyətinə nəzarət

Tədqiqatların yaddaş tutumu: 10000 pasiyent və qrafiklər

İŞ SAATLARI

Bazar ert.
Çərşənbə axş.
Çərşənbə
Cümə axş.
Cümə
Şənbə
Bazar
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
Bağlıdır

ƏLAQƏ

(+994 70) 396 68 44 (7/24 aktivdir)
(+994 50) 220 56 12
(+994 12) 596 68 44
(+994 12) 596 68 48
Bakı şəhəri, Сəlil Məmmədquluzadə küç.3, AZ1009
MedServis 2019 © Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design