Immulite (DPC, ABŞ)
Avtomatik immunoxemiluminessent analizator
Immulite 1000- yeni nəsil tam avtomatlaşdırılmış immunoxemilüminesant analitik sistemdir. Bu cihaz immunokimyəvi tədqiqat bazarında lider olan Diagnostics Products Corporation (ABŞ) şirkəti tərəfindən istehsal olunur. Bu şirkətin avadanlıqları Amerika və Avropanın aparıcı tibb mərkəzlərində və klinikalarında uğurla fəaliyyət göstərir.
Bu sistem tamamilə avtomatlaşdırılmışdır və xüsusi kompyuter proqramı ilə idarə olunur. Bu insan faktoru ilə bağlı səhvlərə demək olar ki, yol vermir.
IMMULITE 1000 sisteminin ürəyi mükəmməl yuma texnoloqiyasından istifadə etməyə imkan verən patentləşdirilmiş sınaq vahidindən ibarətdir. Anticismlərlə örtülmüş topu olan sınaq vahidi immunoloji reaksiya, yuyulma həyata keçirilən və xemilüminessent siqnal meydana gələn bir şüşə rolu oynayır. Yuma texnoloqiyasının mükəmməlliyi sinaq vahidinin oz oxu ətrafında yüksək surətlə fırlanması və eyni zamanda yuyucu mayenin əlavə olunmasından ibarətdir. Bu təkcə saniyə ərzində bir necə yuma prosesini həyata kecirməyə deyil eyni zamanda ayrılmış artıq materialların xüsusi tullantı kamerasına yığılmasına imkan verir.
Bütün bunlar analizin yüksək həssaslığını təmin edir. DPC (ABŞ) İMMULİTE 1000 xemilüminessent analizatoru testlərin yüksək dəqiqliyini, mükəmməl test menyusu, nəticələrin tez əldə edilməsini təmin edir.
İMMULİTE 1000 reproduktiv sistemin funksiyasını qiymətləndirmək, onkomarkerləri müəyyənləşdirmək, allergik reksiyaları təyin etmək, dərmanları monitorinqi və s əməliyyatlara imkan verir.
MedServis özəl tibb mərkəzinin laboratoriyasında İmmulite 1000 cihazı vasitəsilə aşağıdakı testlər həyata keçirilir.
Qalxanvari vəzin funksiyaları
Ümumi T3(triyodtironin), sərbəst T3, ümumi T4(tiroksin), sərbəst T4, AC-TQ(anticismlər və tireoqlobulin), AC-TPO(anticismlər tireosid peroksiadaz) tireoqlobulin.
Reproduktiv hormonlar
Estradiol, sərbəst estriol, proqesteron, ümumi testosteron, sərbəst testosteron, LH (Luteneizə hormonu), FSH(follekulstimullaşdırıcı hormon), HCG (insan xorionik gonadotropin), sərbəst beta-HCG, prolaktin, DHEA-SO4 (dehidroepiandrosteronsulfat).
Diabet testləri
S-Peptid (qanda və sidikdə), insulin
Endokrin sistemin digər göstəriciləri
AKTH (andrenokortikotrop hormonu), kortizol, steroid bağlayıcı globulin, 17- ketosteroidlər, STH( somatotrop hormon), insulin kimi böyümə faktorları, paratiroid hormonu
Onkomarkerlər
XEA( xərçəng embrion antigeni), AFP (alfafetoprotein), PSA (prostatspesifik antigen), PSA sərbəst, CA 125 (yumurtalıq xərçəngi), CA 15-3 (süd vəzləri xərçəngi), CA19-9 (mədəaltı vəz və öd kisəsi xərçəngi), NMP 22 (sidik kisəsi xərçəngi)
İnfeksion xəstəliklər
CMV İgG (sitomeqalovirus), Toksoplazma İgG, Toksoplazma İgM, Rubella İgG, H. Pilori İgG, HbsAg təstiqləyici, Herpes simpleksI İGG, Herpes simpleks II İgG.
Dərman monitorinqi
Valproatlar (depakin, konvulsofin, konvuleks)
Anemiya
Ferratin, eritropoetin
Allerqologiya
Ümumi İgE
Ürək- damar markerləri
Kreatin fosfokinaz miokardiyalı fraksiya, troponin I, mioqlobin