MedServis ÖTM-nin laboratoriyası 2000 - ci ildən fəaliyyət göstərir. Bu gün biz, müştərilərimizə Laborator diaqnostikanın müxtəlif sahələrini əhatə edən 300-dən çox adda tibbi analizlər təklif edirik. Bəzi analizlər Azərbaycan hüdudları daxilində yalnız bizim laboratoriyada aparılır.
Bütün müayinələr daxili keyfiyyət kontrolu ilə təmin olunmuş avtomat analizatorlarda aparılır və bu da öz növbəsində yüksək mahsuldarlıq və yüksək keyfiyyətli nəticələrə zəmanət verir. Son nəsil avadanlıqlar qısa müddət ərzində geniş spektrdə analizlər təhlil etməyə imkan verir.
Hər gün bizim laboratoriyada 100-200 pasient müayinə olunur. Bu, gün ərzində 500-dən 700-ə və daha çox test deməkdir. İş keyfiyyətinin artırılması məqsədilə xüsusi kompüter proqramlarından istifadə olunur. Bu proqram xəstələr haqqında məlumatların sürətli və məxfi işlənməsinə, digər şöbələrə ötürülməsinə, arxivləşdirilməsinə və statistik hesablamaların aparılmasına təminat verir.
Testlərin əksəriyyətinin təhlili bir iş günü müddətində aparılır. Laboratoriyanın texniki imkanları, həmçinin, xəstənin istəyindən asılı olaraq CİTO rejimində (təcili olaraq) testlərin aparılmasını təmin edir (nəticənin əldə edilməsi müddəti aparılan təhlillərdən asılıdır).