Şərhlər

HbsAg- mənfi/ anti-HBc-müsbət böyrək nəql olunmuş xəstələrdə hepatit B reaktivasiyası və Rituksimab

nrclinonc.2012.1 f1Lee J1,2, Park JY3,4, Huh KH1,2,5, Kim BS4,5,6, Kim MS1,2,5, Kim SI1,2,5, Ahn SH3,4, Kim YS1,2,5.

Abstrakt

Hepatit B virusunun (HBV) reaktivasiyası immunosupressiv müalicənin məlum komplikasiyasıdır. Rituksimabın ABO- uyğun olmayan pozitiv çarpaz böyrək transplantasiyası desensibilizasiyası üçün daha çox istifadə olunmasına baxmayaraq, rituksimab qəbul edən hepatit B səthi antigen (HbsAg)-mənfi/ hepatit B antikor (anti HBc)-müsbət böyrək köçürülmüş xəstələdə HBV-nin yenidən aktivləşməsi riski tam öyrənilməmiş qalmaqdadır.

Metodlar

Biz 2008- 2014cü illər ərzində canlı donordan böyrək köçürülmüş 172 HBV xəstəsini təhlil etdik. Xəstələr rituksimab (n=49) və nəzarət (n=123) qruplarına bölündü. Bütün xəstələr hepatit B səthi antigeninin və ya HBV DNT-nin yenidən meydana gəlməsi kimi təyin olunan HBV reaktivasiyasını izləmək üçün müşahidə olunurdu.

Nəticələr:

Müşahidə müddəti ərzində(orta müddət 58 ay, ümumi 4-95 ay) rituksimab qrupunda 5 ( 10.2%) və kontrol qrupunda iki pasientdə (1.6%) HBV reaktivasiyası izlənilmişdir (P= 0.003). Rituksimab qrupunda iki xəstə HBV ilə əlaqəli ciddi hepatitə yoluxdu, bir xəstə isə qaraciyər çatışmazlığı səbəbi ilə vəfat etdi. Rituksimabin desensibilizasiyasının HBV reaktivizasiyasına qədər olan orta müddəti 11 ay (interval 5-22 ay) təşkil edir. Əksinə, nəzarət qrupunda heç bir xəstə ağır hepatit yaşamadı. Hepatit B səthi antikorun vəziyyəti qruplar arasında oxşar idi. Rituksimab desensibilizasiyasının [ təhlükə nisbəti, 9.18;95% etibarlılıq intervalı, 1.74-48.86; P= 0.009] və hepatit B səthi antikor statusu (4.74; 95%, etibarlılıq intervalı, 1.05- 21.23, P=0.04) HBV reaktivasiyası üçün kifayət qədər risk faktorlarıdır.

Son nəticə:

Uyğun olmayan böyrək transplantasiyası üçün rituksimab desensibilizasiyası HbsAg mənfi/ anti HBc- müsbət xəstələrdə HBV reaktivasiya riskini əhəmiyyətli dərəcədə artırdı. Buna görə də, bu xəstələrdə HBV DNT qapalı monitorinqi tələb olunur.

İŞ SAATLARI

Bazar ert.
Çərşənbə axş.
Çərşənbə
Cümə axş.
Cümə
Şənbə
Bazar
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
Bağlıdır

ƏLAQƏ

(+994 70) 396 68 44 (7/24 aktivdir)
(+994 50) 220 56 12
(+994 12) 596 68 44
(+994 12) 596 68 48
Bakı şəhəri, Сəlil Məmmədquluzadə küç.3, AZ1009
MedServis 2018 © Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design