heyatbanner

Böyrək əvəzləyici terapiyanın tendensiyalarının və nəticələrinin dəyişməsi: ERA-EDTA reyestrindən məlumatlar

The changing trends and outcomes in renal replacement therapy: data from the ERA-EDTA Registry. Maria Pippias, Kitty J. Jager, Anneke Kramer, Torbjørn Leivestad, Manuel Benítez Sánchez, Fergus J. Caskey, Frederic Collart, Cécile Couchoud, Friedo W. Dekker, Patrik Finne, Denis Fouque, James G. Heaf, Marc H. Hemmelder, Reinhard Kramar, Johan De Meester, Marlies Noordzij, Runolfur Palsson, Julio Pascual, Oscar Zurriaga, Christoph Wanner, Vianda S. Stel (Nephrology Dialysis Transplantation, Volume 31, Issue 5,

Bu tədqiqatda Avropada böyrək əvəzləyici terapiyada olan xəstələrdə yeni halların rast gəlmə tezliyi, xəstəliyin yayılması , xəstələrin və böyrək allotransplantatlarının orta yaşama müddəti, və xəstələrin ölüm səbəbləri kimi göstəricilərin zamanla dəyişməsi halları araşdırılır.

Metodlar

Tədqiqatda 1998-ci ildən 2011-ci ilə qədər olan müddət ərzində ERA-EDTA reyestrini məlumatlandıran 18 milli və ya regional böyrək (renal) reyestrləri daxil edilmişdir. Xəstəliyin və yayılmasının tendensiyaları 2001-2011-ci illər ərzində Jointpoint proqram təminatı və Pausson reqresiyasının köməyi ilə öyrənilmişdir. 1998-2011-ci illər ərzində xəstələrin və böyrək allotransplantatlarının orta yaşama müddəti və ölüm səbəbləri Kaplan- Meyer metodu və rəqabət riskləri , həmçinin Koks reqressiyası üsulu ilə təhlil edilmişdir.

Nəticələr

2001-ci ildən 2008-ci ilə qədər böyrək əvəzləyici terapiyanın yeni hallarının rast gəlmə tezliyi il ərzində əhalinin hər milyon nəfərinə 131 nəfər düşməklə( pmp) 1.1% artmışdır( 95% Etibarlılıq intervalı 0,6, 1,7). 2008-2011- illər ərzində böyrək əvəzləyici terapiyanın yeni hallarının rast gəlmə tezliyi illik 125 nəfər (pmp) olmaqla 2.2%(95% Eİ-4,2, - 0,2) azalmışdır. Bu azalma əsasən 45-64, 65-74 yaşlı pasientlərdə və 1və 2-ci tipli diabet, renovaskulyar ağırlaşma və qlomerulonefrit kimi böyrək xəstəliklərinin əsas etiologiyası olan pasientlərdə baş vermişdir. 2001-2011-ci illər ərzində BƏT-nın ümumi dəqiqləşdirilmiş yayılması 724 nəfərdən 1032 pmp nəfərədək artmışdır(illik +3,3%, 95%etibarlılıq intervalı 2,8, 3,8). BƏT-də xəstələrin 5 illik orta yaşama müddəti 1998-2002 və 2003-2007 illər ərzində artmışdır (0,85,95% Eİ 0,84, 0,86). Bu zaman kəsiklərini müqayisə etdikdə ürək-damar xəstəliyi səbəbindən ölüm riskinin 25% (HRA 0,75, 95% EI 0,74, 0,77)azalması aşkar olunmuşdur. Lakin 65 və daha yuxarı yaşlı xəstələrdə bədxassəli törəmələr səbəbindən ölüm riski 9% (HRA 1,09, 95% EI 1,03, 1,16) artmışdır.

Son nəticə

Bu avropa araşdırmasında xüsusilə diabetik nefropatiyalı 45-64, 65-74 yaşlı xəstələrdə BƏT-nın yeni hallarının rast gəlmə tezliyinin azalması müəyyən edilib. Ümidverici haldır ki, BƏT-da olan xəstələrin orta yaşama müddəti artmaqda davam edir. Ürək-damar xəstəlikləri səbəbindən yaranan ölüm riski azalmış, buna baxmayaraq bədxassəli törəmələr səbəbindən yaranmış ölümlərin sayı artmışdır( yaşlı nəsildə).

İŞ SAATLARI

Bazar ert.
Çərşənbə axş.
Çərşənbə
Cümə axş.
Cümə
Şənbə
Bazar
08:00 am - 18:00 pm
08:00 am - 18:00 pm
08:00 am - 18:00 pm
08:00 am - 18:00 pm
08:00 am - 18:00 pm
08:00 am - 18:00 pm
Bağlıdır

ƏLAQƏ

(+994 70) 396 68 44 (7/24 aktivdir)
(+994 12) 596 68 44
(+994 12) 596 68 48
Bakı şəhəri, Сəlil Məmmədquluzadə küç.3, AZ1009
MedServis 2017 © Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design