Hemodializ müalicəsi alan pasiyentlərdə hamiləliyinin nəticələri: milli sorğu (ABŞ)

Pregnancy outcomes in women on hemodialysis: a national survey

Clinical Kidney Journal, Volume 10, Issue 2, 1 April 2017, Pages 276–281

Hamiləlik xroniki dializ müalicəsinə cəlb olunan pasiyentlərin 1-7%-də baş tutur. Dializ xəstələrinin hamiləliyi ilə bağlı məlumatlar ayri- ayri mənbələrə, bu hallarla bağlı nəşrlər və sorğulara əsaslanır. Bu tədqiqat ABŞ nefroloqları tərəfindən son 5 ildə toplamış hemodializ müalicəsi alan pasiyentlərdə hamiləliyin aparılma təcrübəsi ilə bağlı məlumatları yeniləmək məqsədilə həyata keçirilmişdir. Tədqiqatda ana və uşaqla bağlı son nəticələr, təyin olunan dializ rejimi və hemodializ müalicəsi alan pasiyentlərdə hamiləliyinin aparılmasının bəzi xüsusiyyətləri araşdırılırdı.

23 sualdan ibarət anonim sorğu elektron poçt vasitəsilə ESRD Networks proqramının administratorlarına göndərilmişdir, onlar da öz növbəsində anketi çalışan nefroloqlara göndərmişlər.

Sorğuda 187-dən çox hamiləliklə bağlı məlumatlar verərək 196 nefroloq iştirak etmişdir. Onlardan 45%-i hemodializ müalicəsi alan hamilələrli müalicə edirdi. Verilən məlumatlara görə, hamiləliklərin 78%-i canlı uşaq dünyaya gəlməsi ilə nəticələnmişdir. 44% xəstələrdə preeklampsiya qeyd olundu. Ana ölüm hallarına rast gəlinməmişdir. Nefroloqlar hamilə pasiyentlərə daha çox həftədə 6 gün olmaqla 4-4.5 saat davam edən hemodializ seansı təyin edirdi. Preeklempsiya həftədə >20 saatdan çox hemodializ alan xəstələrdə ≤20 saatdan az alan pasientlərə nisbətən 2,2 dəfə daha çox inkişaf edirdi.

Şəkil 1. Hemodializ xəstələrində hamiləliyin baş tutma müddəti ( sol kənar sütun- hemodializ müalicəsindən öncə hamilə qalan xəstələr və sağ kənar sütun- 10 ildən artıq)

Şəkil 2. Hamilə pasiyentlərə təyin olunan həftəlik hemodializ seansının sayı və hər seansın davametmə müddəti

İŞ SAATLARI

Bazar ert.
Çərşənbə axş.
Çərşənbə
Cümə axş.
Cümə
Şənbə
Bazar
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
Bağlıdır

ƏLAQƏ

(+994 70) 396 68 44 (7/24 aktivdir)
(+994 50) 220 56 12
(+994 12) 596 68 44
(+994 12) 596 68 48
Bakı şəhəri, Сəlil Məmmədquluzadə küç.3, AZ1009

Please publish modules in offcanvas position.