Yüksək dozada eritropoez stimulyatorlarını qəbul edən hemodializ xəstələri arasında ölüm riskinin artması

Increased mortality in haemodialysis patients administered high doses of erythropoiesis-stimulating agents
Rafael Pérez-García Javier Varas Alejandro CivesAlejandro Martín-Malo Pedro Aljama Rosa Ramos Julio PascualStefano Stuard Bernard Canaud José Ignacio Merello
Nephrology Dialysis Transplantation, Volume 33, Issue 4, 1 April 2018

Eritropoezin stimulyatorları (ES) xroniki böyrək xəstəliyi (XBX) olan pasiyentlərdə anemiyanı müalicə etmək üçün geniş istifadə olunur. Eritropoezin stimulyatorlarının təhlükəsizlik məsələsi bir sıra tədqiqatlarda müzakirə olunmuşdur, nəticədə malign neoplazmaların əmələ gəlməsi və bu səbəbdən ölüm hallarının artdığı məlum oldu. Bunun ES-nın dozası, yaxud bu qrup xəstələrin xüsusiyyətləri ilə bağlı olması məlum deyil.

Üsullar

Meylilik göstəricilərinə uyğun seçilmiş pasiyent qrupları arasında çoxmərkəzli retrospektiv müşahidə sınaqları keçirilmişdir. Sınağın məqsədi hemodializ müalicəsinə başlamış xəstələrdə həftəlik ES-nın adminstrasiyasının təsirini təhlil etməkdir. Sınağa cəmi 1679 xəstə daxil edildi. ES standart tibbi müalicəyə uyğun olaraq təyin edilirdi. Ölüm riski və hospitalizə olunma məlumatlarını müqayisə etmək üçün pasiyentlər ES-nın dozasından asılı olaraq kvintil qruplaşdırıdılar. Meylilik göstəricilərinin müqayisəsini əsas götürərək, tədqiqatçılar həftəlik hədd dozası ES > yaxud ≤8000 BV (beynəlxalq vahid) olan 324 xəstəni iki qrupa ayırdılar.

Nəticələr

Kaplan- Meyerin sağqalma əyriləri yüksək dozalı eritropoez stimulyatorlarını (> 8127, 4 BV/həftədə) qəbul edən hemodializ xəstələrində ölüm riskinin nəzərə çarpacaq qədər artdığını göstərdi. Analiz edilərkən çox dəyişkən Koks modellerindən istifadə edərək eritropoez stimulyatorlarının yüksək dozası bütün səbəblərdən və ürək damar xəstəlikləri səbəbindən müstəqil proqnostik ölüm faktoru kimi təsbit edilmişdir. Bundan başqa, logistik reqressiya modelində ES-nın yüksək dozaları ürək- damar və yoluxucu xəstəliklərlə əlaqəli bütün səbəblərdən hospitalizasiyanın müstəqil proqnostik faktoru kimi təyin edilmişdir. Meylilik göstəricilərinin müqayisəli analizi təsdiq etdi ki,eyni demoqrafik xüsusiyyətlərə,HD-in klinik parametrlərinə və bu tənzimlənmiş kohortanın hemoqlabin səviyyəsinə baxmayaraq, ES-nin həftəlik > 8000 ME dozası bütün səbəblərdən ölüm və hospitalizasiyanın müstəqil proqnostik faktorudur.

Son nəticə

Bu məlumatlar ES-ın həftədə >8000 BV dozada istifadə edilməsinin XBX-yi olan xəstələrdə bütün səbəbərdən hospitalizasiya və ölüm riski ilə müşayiət edildiyini göstərir.

İŞ SAATLARI

Bazar ert.
Çərşənbə axş.
Çərşənbə
Cümə axş.
Cümə
Şənbə
Bazar
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
Bağlıdır

ƏLAQƏ

(+994 70) 396 68 44 (7/24 aktivdir)
(+994 50) 220 56 12
(+994 12) 596 68 44
(+994 12) 596 68 48
Bakı şəhəri, Сəlil Məmmədquluzadə küç.3, AZ1009

Please publish modules in offcanvas position.