Böyrək alloqraftının nefrektomiyasının qreftə və təkrar transplantasiya keçirmiş pasiyentlərin sağ qalma nisbətinə təsiri.

Impact of renal allograft nephrectomy on graft and patient survival following retransplantation: a systematic review and meta-analysis Jinwen Lin Rending Wang Ying Xu Jianghua Chen

Nephrology Dialysis Transplantation, Volume 33, Issue 4, 1 April 2018,

Hal- hazırda böyrək alloqraftının çıxarılmasının təkrar böyrək köçürülməsinə necə təsir etdiyi məlum deyil. Bu araşdırmanın məqsədi böyrək alloqraftının nefrektomiyasının (AN) və alloqraftın saxlanmasının (qeyri AN) təkrar böyrək köçürülməsinə təsirini qiymətləndirmək idi.

Üsullar

MEDLİNE, Embase və Cochrane Kitabxanasının məlumat bazalarından istifadə edərək sistematik baxış və meta- analiz həyata keçirildi. Analizə alloqraftı çıxarılaraq (AN) və çıxarılmadan (qeyri AN) təkrar böyrək transplantasiyası keçirmiş pasiyentlərdən ibarət müşahidə araşdırmaları yaxud rəndomizə olunmuş nəzarət sınaqları daxil edildi. Əsas nəticə kimi transplantatın sağ qalma nisbəti, xəstənin sağ alma nisbəti, transplantatın orqandan kəskin imtinası və gecikmiş qreft disfunksiyası; ikincil nəticələr kimi isə- PRA antikorlarının və təkrar transplantasiyadan 1 il sonra qan serrurumda kreatininin səviyyəsi, soyuq işemiya müddəti və təkrar transplantasiyaya qədər hemodializ müddəti əsas götürülürdü.

Nəticə

Analizə 1923 xəstəni əhatə edən 20 araşdırma daxil edilmişdir. Alloqraftın saxlanması ilə müşayiət olunan qrupda onun çıxarılması ilə yığılan qrupa nisbətən qreftin 3illik sağ qalma nisbəti əhəmiyyətli dərəcədə yüksək olduğu məlum oldu { 0.48 [UN(uğur nisbəi ) 0.48 , 95% etibarlılıq intervalı(Eİ) 0,34-0,69],10 tədqiqat n=1030} və qreftin 5 il sağ qalma nisbəti [UN 0,65 (95 % Eİ 0,44-0,97), 16 araşdırma, n = 1878]. Pasiyentin 5 illik sağ qalma nisbətinin göstəriciləri [UN 1,82 (95% Eİ 1,14-2,90), 5 tədqiqat, n = 749], PRA antigen səviyyəsi [UN 3,08 (95% Eİ 2,08-4,56), 12 tədqiqat, n = 1225 ], orqandan kəskin imtina halının rast gəlmə tezliyi [UN 1,59 (95% Eİ 1,21-2,09), 15 tədqiqat, n = 1388] və qreft disfunksiyası [UN 1,66 (95% Eİ 1,20-2,03), 8 tədqiqat, n = 879] alloqraftın çıxarıldığı qrupda nəzərə çarpacaq qədər yüksək idi. Alloqraftın saxlandığı (qeyri AN) qrupa nisbətən alloqraftın çıxarılmış olduğu (AN) qrupda soyuq işemiya müddəti daha uzun idi [ağırlıqlı ortalama fərq 1,84 (95% Eİ 0,90-2,79), 7 araşdırma, n = 919]. 1 il və 10 il müddətinə qreftin sağ qalma nisbəti, təkrar böyrək köçürülmədən 1 il sonra qan serrumunda kreatinin səviyyəsi və son transplantasiyaya qədər hemodialz seansının davam etmə müddəti qruplar arasında oxşar idi.

Bu tədqiqatın araşdırmalarına əsasən, məqalənin müəllifləri fəaliyyət göstərməyən böyrək qreftini ehtiyac olmadığı halda çıxarmamağı məsləhət görürlər.

İŞ SAATLARI

Bazar ert.
Çərşənbə axş.
Çərşənbə
Cümə axş.
Cümə
Şənbə
Bazar
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
Bağlıdır

ƏLAQƏ

(+994 70) 396 68 44 (7/24 aktivdir)
(+994 50) 220 56 12
(+994 12) 596 68 44
(+994 12) 596 68 48
Bakı şəhəri, Сəlil Məmmədquluzadə küç.3, AZ1009

Please publish modules in offcanvas position.