10-11 oktyabr 2019-cu il tarixində Özbəkistanın Daşkənd şəhərində III Türk Orqan Nəqli Dərnəyi (TOND) – Türk Dünya Transplantoloqlar Dərnəyinin (TDTD) birləşmiş konqresi keçirilmişdir. Konqresdə 25 ölkədən 450 nümayəndə iştirak edib. Azərbaycandan “Medservis” Özəl Tibb Mərkəzinin direktoru həkim-nefroloq Hikmət İsmayılovun rəhbərliyi altında 10 nəfərlik nümayəndə heyəti iştirak edib və bu sahəyə aid 5 məruzə ilə çıxış ediblər. Azərbaycandan olan nümayəndələr aktiv iştirakına görə xüsusi diplomlarla mükafatlandırılıb.